Qış gəlinlərinə məsləhətlər

Şərhlər: 4
Baxılıb: 1097
Səs ver:
(səs: 2)
Neçə neçə ailələr tanıyıramki, qışda havanın soyuq keçməsi səbəbilə öz xoş günlərini yaza, yaya və payıza keçirirlər. Əslində isə bu bizim üçün elə də böyük əhəmiyyət kəsb etməməlidir. Niyə? - Çünki bütün hallarda toylarımız şadlıq evlərində qeyd olunur.
Amma bunlara inad fərqlənmək istəyirsinizsə, ekranı özünüzə yaxın tutun...
Başlayaq ən vacib element- olan gəlinlikdən. Gəlinlik seçiləndən sonra digər detalların özü ard-arda gəlir. Dekoltesi çox olan, qolsuz gəlinlikdə donmaqdansa, qərarınızı uzun qol zərif gəlinliklərdə saxlayın. Qol fransız gupurundan olsa daha zərif görsənər. Əgər gəlinin artıq çəki ilə bir problemi varsa, dar və biləyə kimi uzun qol onu xilas edəcək. Digərləri isə "yarasa" formalı qolları olan gəlinlik seçə bilərlər amma gəlinliyin həcmli olmaması şərti ilə.

Nəyə görə yarım qol məsləhət görmürəm? Çünki uzunqol obrazınızı daha əsalətli və səliqəli edəcək.

Kiçik xəzlər yada toxunma şarflar
Şadlıq evinə çatmadan öncə kiçik bir fotosessiya etmək istəyirsinizsə tək bir gəlinlikdə üşüyə bilərsiniz. Nəticə olaraq fotolarda titrək halda görünmək  istəməzsiniz :)) Ona görədə gəlinliyə uyğun ağ ,fil sümüyü, açıq çəhrayı və s. rəngli qısa palto, şarf formasında xəzlər və yaxud balero seçmək olar. Amma fərqlənmək istəsəniz enli,toxunulmuş şarflara da üz tuta bilərsiniz.

Saçınızı isə yığmaq daha məsləhətlidir. Külək, yağış və qar açıq olan saçınızı korlaya bilər. Fata əvəzinə isə vualetka, saç aksessuarından könül rahatlığı ilə istifadə etmək olar. Şadlıq evinə daxil olanda isə fatanı geyinə bilərsiniz.

Bəzi detalları sıralayaq:
1.Havada burnunuz soyuqdan qızara bilər. Ona görə də makiyajda xüsusi diqqəti ona ayırın.
2.Özünüzlə 2 ayaqqabı götürün .Isti və dəbli çəkmələr yada ugglar - həm ayağınız isti olacaq, həm də çəkmələriniz obrazınıza rəng qatacaq. Saraya daxil olarkən də əsas hündürdaban ayaqqabılarınızı geyinin.
3. Açıq tonlarda əlcəklər. Bəyin də obrazında əlcəklər və isti sviter olsa, daha şirin görünəcəksiniz. Təbii ki, bunlar açıq hava üçün keçərlidir.

Belə əsas məqamlara toxundum. Ümid edirəm həm dəbli, həm də zərif qış gəlini olacaqsınız.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri