Dik və bərk döşlər hər qadının fəxridir. Ancaq təəssüf ki, fərqli səbəblərdən dolayı döşlər elastikliyini itirməyə başlayır, sonda sallanma - mastoptosisə gətirib çıxarır.
Döşlərin sallanmasının səbəbləri nədir?
Siqaret çəkmək
Bədən çəkisində artım, ya azalma
Hamiləlik və əmizdirmək
Menopauza
Yanlış büstqalter seçimi
Qeyri-sağlam qidalanma
Ciddi xəstəliklər
Döşləri necə dikləşdirək?
Döş üçün məşq
Əgər ciddi pəhrizə oturmusunuzsa, onda diqqətdə saxlayın ki, bu halda döşləriniz də elastikliyini itirib sallana bilər. Ona görə pəhrizlə yanaşı idman proqramına da əməl edin.
İdman zamanı da mütləq idman büstqalteri taxın.
Döşləri dikləşdirən ərzaqlar
Döşlərinizi bol ağartı məhsulları, kalsium, vitamin A və E qəbulu ilə dikləşdirə bilərsiniz. Məsələn, şor, qatıq, yumurta, balıq, zeytun, avokado, alma, təzə yaşıl tərəvəz bol yeyin.
Unutmayın ki, bədəndəki susuzluq da döş sallanmasına səbəb olur.
Döşləri dikləşdirən maska
Döşlərin dikləşdirilməsi və dekolte hissə üçün evdə hazırlaya biləcəyiniz bu reseptdən yararlana bilərsiniz.
1 yumurta, 1 çay qaşığı qatıq, 1 çay qaşığı E vitamini qarışdırın. Maskanı döşlərə, dekolte hissəsinə sürtüb 20 dəqiqə sonra yuyun. Həftədə iki dəfə istifadə edin.
Aloe suyu ilə döşlərinizi masaj da edə bilərsiniz. Masaj edib 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Döşlərin gözəlliyi vacibdir, ancaq sağlamlığı daha vacibdir. 18 yaşdan sonra ildə bir dəfə, 40 yaşdan sonra isə ildə iki dəfə döş müayinəsinə getmək mütləqdir.