İnsanın
zahiri görkəmində üz dərisinin təmiz,elastik,hamar və təravətli olması
böyük rol oynayır.Təəssüf ki,heçdə hamı üzün dərisinə düzgün qulluq
etməyi bacarmır.Bəziləri təzə çıxmış hər hansı bir krem alır,üzün
dərisinə uyğun gəlib-gəlmədiyiniyoxlamadan istifadə edirlər.Dərinin
hansı növə aid olmasından asılı olmayaraq onu qidalandırmaq
lazımdır.Bunun üçün yaxşı vasitə maskalardır.Üzə maska qoyarkən fikir
vemək lazımdır ki,gözün ətrafına düşməsin,çünki sifətin dərisinə xeyir
verən maddə gözlərə ziyan verə bilər.
Normal dəri.
Normal
dərini səhər sərin su ilə yumaq görülür bu onun xarici qıcıqlara
alışdırır.Yatmamışdan əvvəl üzə qulluq etmək lazımdır.Belə hallarda
lasyonlardan.ya da duru kremlərdən istifadə etmək lazımdır.Üzünüz üçün
krem,ya da lasyon seçərkən kosmetoloq-həkimlə məsləhətləşin.Düzgün
seçilməmiş krem üzün vaxtından əvvəl qırışmasına səbəb ola bilər.
Solğunlaşmış dəri.
Dərinin
qırışıb-solğunlaşması heç də həmişə qocalıq əlaməti deyildir.Solğun
dərili adamlar gah isti,gah da soyuq su ilə yuyunmalı,yumşaldıcı krem
çəkəndən,ya da ətirli otların dəmlənməsi ilə kompres eləyəndən sonra
üzlərini duzlu su,ya da sirkə su ilə yumalıdırlar.
Qırışmış üzə otlardan hazırlanmış maskalar yaxşı təsir edir.Bununla əlaqədər bir neçə evdə hazırlanan maskalar deyə bilərəm.
1.
Nanə,şüyüd,çobanyasdığı,qızılgül ləçəklərinin üstünə qaynar su -1
stəkan suya v,1xörək qaşığı ətirli ot-tökün və dəmləyin.Süzün və otları
üzə yaxın,üstündənisə onunsuyundan isladılmış tənzif salfeti qoyun,20-30
dəqiqədən sonra maskanı götürün və üzünüzü pudralayın.
Meyvə-tərəvəz maskaları hamı üçün xeyirlidir.
1.Xiyar,pamidor,albalı,limon,portağal,çiyələyi
yuyn və qabığını təmizləyin.Enli tənzif ya da cuna götürün orada göz və
burun ağız yerləri qoyun,əvvəlcədən hazırlanmış meyvə qarışığını
isladın üzə və boyuna qoyun 10-15 dəqiqə saxlayın.
2.Yumurtanın
ağını çalın 1çay qaşığı şirəni çala-çala az-az ora əlavə edin.Bu
maskani üzün və boyun dərisinə çəkin,quruyandan sonra soyuq su ilə
yuyun.Maskadan sonra nəm dəriyə yumşaldıcı krem çəkin.
3.
1 yumurtanın sarısını 1 xörək qaşığı limon şirəsi ilə qarışdırın.2 çay
qaşığı yulaq unu,o qədərdə zeytun,ya da bitki yağlarından birini əlavə
edin,sıyıqlaşana qədər çalın,üzə çəkin.30 dəqiqə üzdə saxlamaq
lazımdır.
4.
Təzə xiyarı,pamidoru bu üsulla sürtmək olar-Xiyarın nazik dilimlərini
üzün dərisinə çəkin.Şirə üzdə quruyan kimi yeni dilimi təzədən üzün
dərisinə çəkin.Xiyar maskası dərini bir ax ağardır və yumşaldır.
Quru dəri
Gündəlik
qulluqdan başqa quru dəriyə həftədə 2-3 dəfə maska eləmək məsləhət
görülür.Bu qan dövranını yaxşılaşdırır,dərinin qidalanmasını təmin edir
onu hamarlayır.
1.Yağlı
və quru üzə vitaminli maskalar yaxşı təsir edir.Belə maskalar
çiyələkdən,xamadan,yumurta sarısından,baldan,xiyardan pamidordan
düzəltmək olur.
Giləveyvələri sürkəcdən keçirib az miqdarda un əlavə edin üzünüzə çəkin 15-20 dəqiqədən sonra ilıq su ilə yuyun.
2.1
Xörək qaşığı çobanyasdığı otunu qaba tökün üstünə 1 stəkan qaynar su
əlavə edi üzünüzü həmim qabın üstünə tutun,başınızin üstündən dəsmal
salın ki,buxar üzünüzə dəysin.Buzaman üzün məsamələri açılır və üzdə
qara çirk qalıqları pambıq ilə asan təmizlənir.Sonra üzünüzü soyuq su
ilə yuyun və krem çəkin.
3.Yumurta
sarısını 1 çay qaşığı bal,ya da bitki yağı ilə qarışdırın,həmin
qarışığı üzünüzə çəkin 15-20 dəqiqə saxlayandan sonra ilıq su ilə
yuyun.
4.2
Xörək qaşığı təzə kəsmiyi 1 xörək qaşığı süd və 1 çay qaşığı bal ilə
qarışdırıb 20-30 dəqiqəliyə üzünüzə yaxın sonra ilıq suda isladılmış
pambıq ilə yuyun.
5.Yumurtanın
sarısını 50 q bal və50 q bitki yağı ilə qarışdırıb üzünüzə çəkin,20-30
dəqiqədən sonra ilıq su ilə yuyun və siləndən sonra pudralayın.Bu
maskanı həftədə 1 dəfə qoymaq olar.
6.100
q xamanı yumurta sarısı ilə yaxşı qarışdırın,sonra bura 25 q araq və
limon şirəsini əlavə edin.Maskanı 15-20 dəqiqəliyə üzünüzə qoyun,sonra
ilıq su ilə yuyun.Bu maska həm qidalandırıcı,həm də ağardıcı təsir
göstərir.
Yağlı dəri
Yağlı
dərini təmizləmək lazımdır,lakin tez-tez isti su və sabunla yuduqda piy
vəzilərinin fəaliyyəti dahada artır.Yağlı dərini həftədə 1-2 dəfə ancaq
çiməndə isti su ilə sonra soyuq su ilə yumaq olar.Yağlı dəriyə
yumurtanın ağından,meyvə-tərəvəz,ən çoxda heyva xurma bitkisindən olan
maskalar yaxşı təsir edir.
1.
1yumurta ağını çalın,bir neçə damcı limon suyu əlavə edin.Bu qarışığı
fırça ya da əllə üzünüzə çəkin və quruyundan sonra yuyun.Üzünüzü
yuduğunuz suya azca limon turşusu tökün.
2.Yerkökünü sürkəcdən keçirin üstünə un kəpəyi töküb qarışdırı və üzünüzə çəkin.30 dəqiqədən sonra sərin su ilə yuyun.
3.Tənzifi pamidor şirəsində isladın üzünüzə qoyun.
4.Qaragiləni əzin nişasta ilə qarışdırıb üzünüzə çəkin
Maska
qoyandan sonra yarım saat sonra sakit uzanmaq lazımdır.Üzü
qırışdırmaq,qaş-qabaq sallamaq,yemək və danışmaq ,kitab oxumaq
olaz.20-30 dəq saxlayandan sonra maskanı ehtiyyat ilə ilıq suda
isladılmış pambıqla silin.
Qarışıq dəri.
Bəzi
xanımların alnı,burnu və çənəsi yağlı,yanaqları,boğazının dərisi isə
quru olur.Belə dərisi olan qadınlar kosmetkadan istifadə edərkən bir
qədər ehtiyyatlı olmalıdırlar.Səhər və axşam üzlərini çobanyastığı
məlhəmi ilə yumalı sonra yağlı yerləri günaşırı lasyonla silməli və
boğazın dərisinə isə uşaq kremi çəkməlidirlər