Selülitin öhdəsindən gəlmə yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 724
Səs ver:
(səs: 1)
alt
 
Selülit bir çox qadının ən vacib poblemlərindən biridir. Selülit üçün bir çox kremlər, maskalar istehsal olunsa da əslində selülitin öhdəsindən gəlməyin ən əsas yolu sağlam həyat tərzidir.  Mütəxəssislərin və dietoloqların fikrinə görə sağlam həyat tərzi selülitlə mübarizədə ən təsirli üsuldur. Yəni selülitin əmələ gəlməsinin qarşısını almaq üçün və ya  mövcud olan selülitdən azad olmaq üçün kosmetik məhsullara çoxlu pul xərcləməyə ehtiyac yoxdur, bir çoxunuza məlum olan sağlam həyat tərzi qaydalarına riayət etmək selülitdən azad olmaq üçün kifayətdir.
 
Selülitiniz varmı? Varsa, hansı mərhələdə olduğunu öyrənək:
 
Əlinizin arasında sıxdığınız toxumada nahamarlıq varsa, ayaqda ikən  hiss olunmursa, bu selülitin 1-ci mərhələsidir.
Ayaqda ikən toxumanı sıxmadan belə selülit görünürsə, bu selülitin 2-ci mərhələsidir. Bu mərhələdə selülit yatarkən görünmür.
Həm ayaqda, həm də yatarkən baxdığımız zaman dəri toxumasında nahamarlıq gözlə görünürsə, bu selülitin 3-cü mərhələsidir.

Bəs selülitlərin qarşısını alan yollar və bədəniniz üçün sağlam olan maddələr hansılardır?

Qidalanma vərdişi

Az , lakin tez-tez yeməyə  üstünlük verin, əsla ac qalmayın. Düzgün qidalanın və eyni növ qida qəbulundan uzaq olun. Aşağı kalorili və sağlamlığınıza ciddi təsir göstərən dietalar tətbiq etməyin. Səhər daha qüvvətli yeyin, axşam yeməyinizi isə daha yüngül etməyə çalışın. Duz qəbulunu və porsiyalarınızı azaldın. Çox sürətli yeməyin. Kəpəkdən hazılanmış çörəyə üstünlük verin. Axşam yeməyinizi çox gec saatda yeməyin. Qırmızı ət yerinə ağ əti , qatı yağ əvəzinə duru yağı, qızartma əvəzinə buğlama, suda qaynadılmış və ya sobada bişirilmiş ərzaqları qida rasionunuza daxil edin.
İçkilərin qəbulu zamanı diqqət ediləcək məqamlar:
Səhər yuxudan oyandıqdan və axşam yatmazdan əvvəl ilıq suya limon şirəsi sıxıb için. Yemək yeməzdən 30 dəqiqə əvvəl 1-2 stəkan su için. Yemək ərzində isə su içməyin. Çay, qəhvə, kola, alkoqol istifadəsini azaldın. Təzə sıxılmış meyvə suyu və bitki çaylarına üstünlük verin.
 
alt
 


Dəriniz üçün etməli olduqlarınız:
Tərkibində soya lesitini  (PPC) olan kremlər istifadə edin. Selülitli hissəyə mütləq masaj edin. Kisələnin, kontrast duş qəbul edin. İstifadə etmək istədiyiniz cihazların hansı tip selülitlər üçün olduğunu və sağaltma üsulunu mütləq öyrənin.
 
Sağlam həyat üçün:
Həftədə 4-5 gün 30-45 dəqiqəlik templi yeriş lazımdır. Müntəzəm idman hərəkətləri etməyə çalışın. Yeməkdən sonra dişlərinizi fırçalayın. Qan dövranına mane olduğu və qanda oksigen faizini azaltdığı üçün siqaret çəkməyin. İdeal çəkidə olduğunuz günlərdəki şəkillərin birini soyuducuya yapışdırın. Yediklərinizi mütləq qeyd edin. Həftədə bir dəfə çəkinizi ölçün. Hündür daban ayaqqabılar və dar paltarlar geyinməyin.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 5 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri