Xanımlarımız üçün Taxma kirpiklər

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 212
Səs ver:
(səs: 0)

 

Taxma kirpik alarkən qarşınıza 2 fərqli model çıxacaq. Birincisi, bütün kirpik xəttinə yapışdıra biləcəyiniz taxma kirpik, ikincisi isə yalnız ehtiyac duyduğunuz bölgələrə maqqaş köməyilə tək-tək yapışdıra biləcəyiniz taxma kirpiklərdir. Modellər arasında ehtiyacınıza uyğun olanı seçirsiniz. Taxma kirpik tətbiqini mükəmməl şəkildə reallaşdırmaq üçün maqqaş, kirpik üçün tuş, kirpik qıvırıcısı, incə saplı makiyaj fırçası, eyeliner, göz qələmi lazımdır. Əgər kirpik xəttinə yapışdıra biləcəyiniz modeli seçsəniz, taxmadan əvvəl taxma kirpiyi gözlərinizə tutub sizə uyğun olan boyunu nizamlaya bilərsiniz. Taxma kirpik gözlərinizə görə çox uzundursa, kiçik qayçının köməyilə artıq olan hissəni kəsə bilərsiniz.

 

Kirpiyi gözlərə görə nizamladıqdan sonra taxma kirpik qutusunun içində olan yapışdırıcını sürtüb maqqaşın köməyilə kirpiklərinizə yerləşdirin. Taxma kirpiyin təbii görünməsini təmin etmək üçün maqqaş vasitəsilə incə hərəkətlərlə kirpiyi yapışdırın. İncə saplı makiyaj fırçasının ucuyla taxma kirpiyi aşağı doğru itələyin. Taxma kirpiyin quruması üçün təxminən 2 dəqiqə gözləyin. Taxma kirpiyi yapışdırdıqdan sonra göz qapaqlarınızın üzərində yapışdırıcıdan qalan qara və ya ağ nöqtələr meydana gələcək. Bu görünüşü ortadan qaldırmaq üçün kirpik diblərinizin üzərinə eyeliner, ya da göz qələmi çəkin.

Taxma kirpik və öz kirpiklərinizin təbii görünməsi üçün kirpik qıvırıcısının köməyilə kirpiklərinizi qıvırın. Kirpiklərinizə tuş çəkin. Bir neçə dəfə təkrar etdikdən sonra taxma kirpikdən asanca istifadə edə biləcəksiniz. Taxma kirpiyinizi çıxarmaq istədiyiniz zaman göz makiyajını təmizləmək üçün istifadə etdiyiniz kremi pambığın üzərinə sürtün. 30 saniyə pambığı gözlərinizdə saxlayın. Sonra taxma kirpiyi ucundan tutaraq çəkin və incə hərəkətlərlə çıxarın.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri