Yay fəslində tonal krem seçiminə XÜSUSİ DİQQƏT!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 334
Səs ver:
(səs: 0)
Solğun dəri və gözaltı kölgələri gizlətmək üçün istifadə olunan tonal kremlər hər bir makiyajın əsas hissəsidir. Yay aylarında bizə tonal krem nə üçün lazımlıdır?
Müdafiə. Müasir dövrün vasitələri əvvələr istifadə olunan vasitələrdən çox fərqlənir. Əvvələr bu kremlər üzdə maska yaradır və məsamələri tıxayırdılar. Bu isə üz dərisi üçün çox ziyanlıdır. Müasir vasitələrin əsası eyni (su, silikon və ya yağ əsaslı), yalnız rəng piqmenti başqadır.
Mikroskopik ölçülü bu hissəciklər təbii minerallardan hazırlanaraq, dəriyə heç bir ziyan vurmur və hamar yayılır. İndiki dövrdə şəhər küçələrində üz dərisinə hopa biləcək tozu nəzərə alsaq, tonal kremin istifadəsini xeyirli saymaq olar. Səbəb odur ki, tonal krem nəinki xoşagəlməz çatışmazlıqları örtür, həmçinin ətraf mühitin ziyanlı təsirində dərini qoruya bilir.

Nəmlənmə. Nəmləndirmə xüsusiyyətli kremləri təmiz üz dərisinə və gündəlik krem üzərinə də çəkmək olar. O zaman dəriyə nəinki yumuşaldıcı təsir göstərilir, həmçinin hamarlıq verib, makiyajın əsası bərkidilmiş olur. Bəzi gizlədilmə flüidləri gündəlik kremləri əvəz edə bilirlər, çünki eyni komponentli tərkibə malikdirlər. Eyni xüsusiyyətlərə bütün BB və CC kremlər malikdirlər.
Yaşlanma əleyhinə. Lazımi komponentli tonal krem dəriyə qulluq üçün istifadə olunan yüksək texnologiyalı vasitələr kimi dərinin dartınmasını təmin edə bilər. Tərkibində yosun fermentlərini (onlar dərinin elastikliyini artırır), işığı əks etdirən hissəcikləri (dəriyə parlaqlıq verir), həmçinin turmalin və malaxit kimi qiymətli mineralları (üz dərisinin rəngini yaxşılaşdırır) olan vasitələrə üstünlük verməyə çalışın.
Günəşdən qorunma. Yaz və yay aylarında istifadə etiyiniz tonal kremin SPF faktorunun 15 dən aşağı olmamasına xüsusi diqqət yetirin. Bu dərini aktiv günəş şüalarından qoruyaraq, gec qocalmasını təmin edəcək. Bu kimi kremlərlə üstünlük verməklə bərabər dərinizə daim nəmləndirici və qidalandırıcı kremlərlə (dəri tipinizə uyğun) qulluq etməyi unutmayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 334
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri