Qaşlarınızı qalınlaşdıracaq 5 vasitə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 8 011
Səs ver:
(səs: 1)
Qalın qaş dəbi
Son illərdə yayılan qalın qaş dəbi heç cür səngimək bilmir. Əvvəllər qalın qaşlı qadınlar baxımsız sayılarkən indi isə ən təbii gözəlliyə sahib onlar görülür. İncə qaşlı qadınlar da bu dəb ilə ayaqlaşmaq üçün bir çox üsulu sınaqdan keçirir. Döymə dəbi keçdi, ancaq makiyaj ilə qaşları qalın göstərmək üsulu hələ də davam etməkdədir. Ancaq qaşı makiyajla qalınlaşdırmaq da bir yerə qədərdir. Ən yaxşısı siz təbii üsuldan istifadə edin və qaşlarınızı təbii yolla gurlaşdırmağı sınaqdan keçirin.

Sarımsaq
Bəlkə də iyi sizi narahat edəcək, amma evdə rahatlıqla sınayacağınız bir üsuldur və əmin olun ki, ən təsirli üsulu sarımsaqla əldə edə bilərsiniz. Saç bərpasında bir çox insanın seçimi olan sarımsaq qaşlarınız üçün də eyni vəzifəni yerinə yetirəcəkdir. Ucunu kəsdiyiniz sarımsağı hər gün bir dəfə qaşlarınıza çəkin və tezliklə fərqi görəcəksiniz.

Vazelin
Bu günə qədər kosmetik vasitə kimi tez-tez istifadə edilən vazelin qaşlarınızın gurlaşmasında ideal bir vasitədir. Kiçik bir fırça köməyilə hər gün vazelinlə qaşlarınızı bir dəfə darayın və çox keçməz dəyişikliyi öz gözlərinizlə görərsiniz.

Soğan
Sarımsaq kimi soğanın da qoxusu xoşagəlməzdır, amma içində olan kükürd qaşlarınız üçün əvəzedilməz bir nemətdir. Soğanı da evdə rahatlıqla qaşlarınıza çəkə bilərsiniz. Pambığı soğan suyunda isladıb qaşlarınıza çəkin və bir neçə saat saxlayın.

Gənəgərçək yağı

Gənəgərçək yağı əczəxanalarda, kosmetika mağazalarında çox asanlıqla əldə edə biləcəyiniz bir məhsuldur. Qaşlarınızı gücləndirəcək olan gənəgərçək yağı ilə hər gün qaşlarınızı masaj edin və onu ən az yarım saat qaşlarınızda saxlayın, sonra yuyun.

Aloye vera suyu
Qaşlarınızı gurlaşdırıb çoxaldacağı kimi eyni zamanda parlaq görünməsini təmin edəcək aloe vera suyu qaşlarınız üçün çox gözəl tapıntıdır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 8 011
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri