Gözəllik üçün ilk şərt: Təmizlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 291
Səs ver:
(səs: 1)
 
Gündəlik həyatda, həyatın axışı içində təmizlik bütün qaydaların başında gəlir. İbtidai məktəbə getdiyimiz ilk günü xatırlayın: Müəlliminiz məktəb qaydalarını izah etməyə başladığında ilk olaraq, təmizlikdən danışardı. Təmiz olacaqsınız, sinifimizi təmiz saxlayacaqsınız, məktəbimizi təmiz saxlayacaqsınız vs. vs…
Gözəllikdə də ilk qayda təmiz olmaqdır. Ən idealı da hər gün mütləq duş almaqdır. Xüsusilə səhər alınan ilıq bir duş özünüzü gün boyu yaxşı hiss etmənizi təmin edəcək. Ayrıca gözəllik ekspertləri ən çox 10 gündə bir kisə etmə vərdişi əldə etdiyimizdə bədənimizdə meydana gələcək müsbət dəyişməyə heyran qalacağımızı da söyləyirlər. Bunu unutmayın.

Bir neçə gündən bir duş əsnasında bir daban daşıyla dabanlarınızı təmizləyin. Beləcə çox sevimli və təmiz dabanlara sahib olacaqsınız.
Dişlərinizi mütləq hər gün ən az iki dəfə fırçalayın. Diş ipindən istifadə etməni də vərdiş halına gətirin. Beləcə gülümsədiyinizdə əlinizlə ağızınızı bağlamaq məcburiyyətində qalmayacaqsınız. Bu həm gözəlliyiniz həm də sağlamlığınız üçün çox əhəmiyyətlidir.
Təmizlik üçün mütləq əllərinizə və ayaqlarınıza lazım olan diqqəti göstərməlisiniz. Hər işdən məktəbdən qonaqlıqdan küçədən evə gəldiyinizdə əllərinizi nizamlı olaraq yumağı vərdiş halına gətirin. Bu çox doğru bir davranış formasıdır. Ancaq əllərin ya da ayaqların təmizliyi yalnız onları yumaqla bitmir çox təəssüf ki. Müəyyən vaxtda manikür və pedikür də etdirməlisiniz. Dırnaqlarınızın arasınada qalmış mikroblardan, köhnəlmiş əl və ayaq dərilərindən ancaq bu yolla xilas ola bilərsiniz.
Manikür və pedikürün təmin etdiyi rahatlamanı hiss etdiyinizdə bir daha imtina edə bilməyəcəksiniz, bundan əmin olun.
Problemli bir dəri quruluşuna sahibsinizsə, dərinizi təmiz tutmanız lazımdır. Sızanaq , qara nöqtə və ləkələrin meydana gəlməsinə ancaq yaxşı bir təmizliklə maneə törədə bilərsiniz.
Xanımların gözəllik üçün edə bilməyəcəyi heç bir şey yoxdur… Unutmayın gözəlliyin ilk qaydası da "təmizlikdidir".

 

 Tərcümə Etdi:N E L L I

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri