Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir.
Tərəfimizdən aşağıda təklif olunan maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər. (Maskaların düzgün istifadə edilməsi haqqında 14-cü səhifədə oxuya bilərsiniz.)
Dərini bir qədər qurutmaq məqsədi ilə pambıq tamponla onun üzərinə qatıq və ya kefir çəkin və 15 dəqiqədən sonra sərin su ilə yuyun.