Sinənin sallanmasına səbəb olan 6 VƏRDİŞ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 7 121
Səs ver:
(səs: 0)
1.Ani kilo verib almaq
Artıq kilolardan yaxa qurtarmaq üçün etdiyiniz qeyri-sağlam pəhrizlər qısa müddətdə həddindən artıq kilo verib almağınıza yol açaraq döşünüzün sallana səbəb olur. Ani kilo alıb vermələrdə dəriniz təbii gərginliyini itirdiyi kimi elastikliyini itirir. Bu halda adətən yağdan ibarət olan döşlər də mənfi təsirlənir.

2.Siqaret çəkmək
Siqaretin sağlamlığa və dəriyə bir çox zərəri var. Bunlar arasında döşləri unutmaq olmaz. İstər az, istər çox olsun siqaret çəkdikdə qan axınının səngiməsi cildə mənfi istiqamətdə təsir edir. Beləliklə, dəridə qocalma və sallanma meydana gəlir.

3- Səhv büstqalter istifadəsi
Sallanmanın formalaşmasında düzgün büstqalter istifadə etməməyin təsiri var. Döşlərin büstqalter tərəfindən dəstəklənməməsi nəticəsində sallanmaları görünə bilər.
Səhv büstqalter ölçüsü seçimi, döşləri tam toplamayan və dəstəksiz büstqalter istifadəsi döşlərdə sallanmalara səbəb ola. Döşlərin dik və sağlam görünməsi üçün dəstəkli büstqalter istifadə etməkdə fayda var.

4- Günəşdən qorunmamaq
Günəşin zərərli şüaları dərinizin erkən yaşda qırışmasıyla yanaşı, döşlərin sallanmasına da səbəb olur. Günəş şüalarına məruz qalan dərinin zərər görməsi və kolajende yaranan dəyişikliklər döşlərə mənfi istiqamətdə təsir edir.

5- Bəzi məşqlər
Bu mövzudakı tədqiqatlar hələ yetərli səviyyədə deyil. Ancaq bəzi mütəxəssislər qaçmağın və ya irəli-geri şəklində aparılan bəzi məşq döşdəki kolajene zərər verdiyini irəli sürür.

6- Kifayət Qədər su içməmək
Su içməyin dəriyə çox faydası olduğunu bilirik. Bəs kifayət qədər su içməmək? Kifayət qədər su sərf etməmək dərinin gərginliyini itirməsinə və qocalmasına yol açaraq döşünüzün sallanmasına səbəb ola bilər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 7 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri