Uşaq pudrasının üzə faydaları nələrdir? - Uşaq pudrasını kirpiklərinizə tətbiq etdikdən sonra kirpikləriniz daha həcmli görüntüyə sahib olacaq. - Tərləmə problemi yaşayan insanlarda dərinin daha mat hala gəlməsini təmin edir. - Dərinizi quru saxlayar və yağlanıb, parıldamasının qarşısını alar. - Sızanaq yaranmasının da qarşısını alan uşaq pudrası, var olan sızanaqları da qurutmaq xüsusiyyətinə sahibdir. - Həftədə 2 gün ləkələrin üzərinə tətbiq etdiyiniz zaman ləkələri xeyli azaldar. - Dərinizin hamar və yumşaq bir hal almasını təmin edər. Uşaq pudrası ilə dəriyə qulluq maskası: - 1.5 çay qaşığı gül suyu - 1 çay qaşığı uşaq pudrası Uşaq pudrası və gül suyunu bir qabda qarışdırın. Alınan qarışığı üzünüzdə problem olan hissələrə çəkin. 2 saat saxladıqdan sonra su ilə təmizləyin. Bu maska sızanaqlara qarşı da təsirlidir. Hamar dəriyə sahib olmaq üçün uşaq pudrası maskası: - 2 yemək qaşığı su - 1.5 çay qaşığı uşaq pudrası Uşaq pudrası və suyu bir qabda qarışdırın. Krem halını alan qarışığı üzünüzə çəkin. 5 dəqiqə saxladıqdan sonra bol su ilə təmizləyin. Maskanı tətbiq etdikdən sonra dəriniz daha hamar və yumşaq olacaqdır.
P.s: Qızlar mən hər cür istifadə edirəm demək olar k, üz alanda daha rahat almaq üçün, səpkiləri qurutmaq üçün, liner vurmadan əvvəl göz qapaqlarına və altına çəkirəm liner axmasın