Təbii makiyajla qüsursuz dərinizi daha da vurğulayın

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 030
Səs ver:
(səs: 0)
Kimimiz makiyaj etməyi sevir, kimimiz sevmir. Bazılarımızsa makiyaj etdiyi bəlli olmasın istəyir. Bax, Qadinla.com-da indi bu işin sirlərini öyrənmək vaxtı!

"Makiyaj şişirdilmiş görünməsin" və ya "Makiyaj çox vaxtımı alır" - deyirsinizsə, hər iki sıxıntıya da çarə olacaq bir təklifimiz var: Təbii makiyaj. Üzün və dərinin var olan gözəlliyini ortaya çıxaran təbii makiyaj, bu günlərdə bir çox qadının üstünlüyü. Burada işin sirri, dəri rənginə uyğun makiyaj vəsaitlərini dərinizə düzgün bir şəkildə tətbiq etmək. Nəticədə yüngül və çox zaman almayan bir üsulla makiyaj edərək gözəl görünməyi kim istəməz ki?

Təbii makiyajla qüsursuz dərinizi daha da vurğulayın

Lakin təbii makiyaj etmədən əvvəl dərinizin təmiz, nəm və problemsiz olması lazımdır; Çünki problemli bir dəriniz varsa makiyaj vəsaitlərinizi də ona görə seçməli, hətta hər şeydən əvvəl bir dermatoloqda olmalısınız.

Təbii makiyajda dərinizə bir neçə ton tünd kirşanı və ya tonal krem aparmaq yerinə gözlərinizə və dodaqlarınızı artırmağınız lazımdır. Amma təbii ki, ağır bir göz makiyajı, ya da tünd rəng pomada sürməkdən bəhs etmirik. Əvvəlcə dəri tonunuzun bir ton altındakı bir kirşanı seçərək işə başlayın. Dodaqlarınızı əvvəl nəmləndirici bir krem sürün. Sonra üstünlük verəcəyiniz parlaq, ya da dəri rəngi pomada tonlarını dodağınıza tətbiq edə bilərsiniz.

Gözlərinizə qələm, ya da kölgə sürmədən əvvəl kirpikləri burun və maskaranızı sürün. Burada əhəmiyyətli olan kirpiyin dolğun görünməsi. Əgər yanağınıza da bir az rəng vermək istəsəniz, çəhrayı ton krem və ya duru formalı ənlikləri seçim edə bilərsiniz. İndi təbii makiyaj və siz hazırsınız. Geriyə isə sadəcə sizi həqiqətən gözəl göstərəcək gözəl bir gülümsəmə qalır!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri