Qırmızı pomadanı çəkə bilməniz üçün əvvəlcə ağ dişlərə sahib olmalısınız. Pomadanı şəkmədən, an az 2 dəqiqə əvvəl dişlərinizi parladıcı diş pastası ilə fırçalamağı unutmayın.
Dodaqlarınızın hamar olmasına diqqət edin. Hamar dodaqlar, qırmızı pomadanın həm daha rəngli həm də daha canlı dayanmasını təmin edəcək.
Qırmızı pomadanı çəkmədən əvvəl dodaqlarınızın üstündəki qabıqlardan və ölü dəri parçalarından xilas olmalısınız. Ona görə dodaqlarınıza əvvəlcə bağlayıcı ya da tonal krem çəkin və qurumasını gözləyin, bu əməliyyatdan sonra pudra çəkərək dodaqlarınızın daha canlı görünməsini təmin etmiş olarsınız.
Pomadanızın daha qalıcı olmasını istəyirsinizsə dodaq qələmi istifadə edin. Dodaq qələmi ilə həm pomadanın daşmamasına həm də cazibənizin ortaya çıxmasına səbəb olar.
Daha nisbət çəkmək üçün mütləq pomada fırçası istifadə edin. Pomadanı dodaqlarınızın ortasından başlayaraq çəkməyə başlayın. Kənarlara yavaşca tətbiq edin, daşan qisimləri isə salfet ya da pambıqlı çubuq ilə təmizləyin.
Əgər qırmızı pomadanı gündəlik həyatınızda da istifadə etmək istəsəniz, asan bir tətbiq şəkli də var. Pomadanı şaquli bir şəkildə tutub, yüngülcə toxunduraraq çəkdiyinizdə, dodaqlarınız sadə və təsir edici bir görünüş qazanmış olar. İstəsəniz üzərinə şəffaf, parladıcı pomadalardan da çəkə bilərsiniz.