Hansı üz qüsuru necə gizlədilər

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 4 652
Səs ver:
(səs: 3)
Qızarıqlıq və sızanaqları bağlamaq üçün 
Yaşıl rəngdə bir bağlayıcını qızarıqlıq və ya sızanaqların üzərinə yüngülcə yayaraq çəkin. 

Qırışıqlıqları gizlətmək üçün 
Dəri tonunuzdan 1-1,5 ton açıq bir bağlayıcını qırışıqlıq boyunca çəkin. Bağlayıcını barmağınızla və ya bir fırçayla yayıb bədəninizə yedirin. Daha sonra tonal kreminizi və pudranızı tətbiq edin. 

Burnunuz uzunsa 
Burun ucunuza tünd rəng tonal krem tətbiq edin. Tonal kreminiz yığcam tonal krem olsa və nəmli süngərlə tətbiq etsəniz çox daha yaxşı nəticə əldə edərsiniz. Tonal kremi sərhəd etməyəcək şəkildə yaxşıca yedirdikdən sonra kiçik toxunuşlarla pudralayın. 

Burnunuz genişsə 
Kölgə və işığı istifadə edin: burnunuzun üzərinə (burun sümüyünüz boyunca) daha açıq tonda; burun qanadlarınıza isə daha tünd tonda tonal krem çəkin. Barmağınızla tonal krem yaxşıca yedirin və 2 ton arasındakı sərhədləri yedirib yox edin, mat bir pudrayla pudralanınıl. 

Çənəniz çox kiçik və içəri doğrudursa 
Çənənizə açıq rəng birtonal krem çəkin. Bu çənənizin həcmini artıracaq. Tünd və parlaq rəngdə pomadalar istifadə etmənin, diqqəti başqa yerlərdə yığmaq üçün göz makiyajınıza əhəmiyyət verin. 

Çənəniz çox çıxıxsa 
Çənənizin ucuna tünd rəng bir tonal krem tətbiq edib pudralayın. Dodaqlarınızı önə çıxaracaq canlı rəngdə pomadalar seçin, beləcə çənəniz diqqətə çarpanlığını itirəcək. 

Yumru üzü uzun göstərmək üçün 
Üzünüzün daha incə görünməsi üçün, gicgahlarınıza, almacıq sümüklərinizə və çənə altınıza böyük bir ənlik fırçası köməyiylə bürünc ənlik çəkin. Daha açıq rəng pudrayla alınınızı, burnunuzu və çənə ucunuzu vurğulayın. 

Göz ətrafındakı xəttləri bağlamaq üçün 
Bağlayıcı bir qələmlə və ya incə bir fırçanı bağlayıcınıza bulayaraq xəttlərin üzərindən diqqətlə dolan və barmaq uclarınızla üzərlərinə yüngülcə vuraraq dərinizə yedirin. Bu vaxt bağlayıcınızın tonal kremdən daha açıq tonda olmasına diqqət edin. 

Dodaqlarınız çatlamışsa 
Pomada çəkmədən əvvəl nəmləndirin və çox tünd tonlar istifadə etməyin. 
 
/Mənbə.Qadınlar.biz/


(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri