Xarici qüsurlarınızı bu makiyaj ilə gizlədin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 157
Səs ver:
(səs: 4)

Üz quruluşunuzu nəzərə alaraq qüsurlarınızı makiyaj ilə gizlədin.

Üzünüzdə xoşunuza gəlməyən görünüşlər üzündən canınızı sıxıb özünüzü üzməyin. Bunun yerinə, qüsurlarınızı örtün.

Üz qüsurlarını örtmənizdə sizə köməkçi olacaq bir neçə ip ucu…

Pigment ləkələrini bağlamaq üçün

Əvvəl yüngül bir təmizləmə edin. Dəri tonunuza çox yaxın bir bağlayıcını ləkələrin üzərinə yüngülcə vuraraq tətbiq edin. Bu əməliyyatı ləkələr yüngülləşənə qədər tətbiq edin. Daha sonra tonal krem və ya pudranızı tətbiq edin.

 

 

Qızartı və sızanaqları bağlamaq üçün

Yaşıl rəngdə bir bağlayıcını qızartı və ya sızanaqların üzərinə yüngülcə yayaraq sürtün.

 

 

Qırışları gizlətmək üçün

Dəri tonunuzdan 1-1,5 ton açıq bir bağlayıcını qırışıqlar boyunca sürtün. Bağlayıcını barmağınızla və ya bir fırçayla yayıb bədəninizə yedirin. Daha sonra tonal krem və pudranızı tətbiq edin.

 

 

Burnunuz uzundursa

Burun ucunuza tünd rəng tonal krem tətbiq edin. Tonal krem qatı olsa və nəmli süngərlə tətbiq etsəniz çox daha yaxşı nəticə əldə edərsiniz. Tonal krem sərhəd etməyəcək şəkildə yaxşıca yedirdikdən sonra kiçik toxunuşlarla pudralayın.

 

 

Burnunuz genişdirsə

Kölgə və işığı istifadə edin: burnunuzun üzərinə (burun sümüyünüz boyunca) daha açıq tonda; burun qanadlarınıza isə daha tünd tonda tonal krem sürtün. Barmağınızla tonal kremi yaxşıca sürtün və 2 ton arasındakı sərhədləri yedirib yox edin, mat bir pudrayla pudralayın.

 

 

Çənəniz çox kiçik və içəri doğrudursa

Çənənizə açıq rəng bir tonal krem sürtün. Bu çənənizin həcmini artıracaq. Tünd və parlaq rəngdə pomadalar istifadə etməyin, diqqəti başqa yerlərdə yığmaq üçün göz makiyajınıza əhəmiyyət verin.

 

 

Çənəniz çox uzundursa

Çənənizin ucuna tünd rəng tonal krem tətbiq edib pudralayın. Dodaqlarınızı önə çıxaracaq canlı rəngdə pomadalar seçin, beləcə çənəniz diqqətə çarpanlığını itirəcək.

 

 

Yumru üzü uzun göstərmək üçün

Üzünüzün daha incə görünməsi üçün, gicgahlarınıza, almacıq sümüklərinizə və çənə altınıza böyük bir allık fırçası köməyiylə bürünc allık sürtün. Daha açıq rəng pudrayla alınınızı, burnunuzu və çənə ucunuzu vurğulayın.

 

 

Göz ətrafındakı xəttləri bağlamaq üçün

Bağlayıcı bir qələmlə və ya incə bir fırçanı bağlayıcınıza bulayaraq xəttlərin üzərindən diqqətlə dolan və barmaq uclarınızla üzərlərinə yüngülcə vuraraq dərinizə yedirin. Bu vaxt bağlayıcınızın tonal kremdən daha açıq tonda olmasına diqqət edin.

 

 

Yorğun və yuxusuzsunuzsa

Alt kirpiklərinizi tuş sürtməyin; əks təqdirdə daha yorğun görünərsiniz.

 

 

Dodaqlarınız çatlamışsa

Pomada sürtməzdən əvvəl nəmləndirin və çox tünd tonlar istifadə etməyin.

(səs: 4)
Şərhlər: 6
Baxılıb: 6 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri