Hansı üz qüsuru necə gizlənər

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4224
Səs ver:
(səs: 1)
Göz ətrafındakı xəttləri bağlamaq üçün

Bağlayıcı bir qələmlə və ya incə bir fırçanı bağlayıcınıza bulayaraq xəttlərin üzərindən diqqətlicə dolan və barmaq uclarınızla üzərlərinə yüngülcə vuraraq dərinizə yedirin. Bu vaxt bağlayıcınızın tonal kreminizdən daha açıq tonda olmasına diqqət edin.

Yorğun və yuxusuzsunuzsa

Alt kirpiklərinizi tuşlayın əksinə təqdirdə daha yorğun görünərsiniz.

Dodaqlarınız çatlamışsa

Pomada çəkmədən əvvəl nəmləndirin və çox tünd tonlar istifadə etməyin.

Pigment ləkələrini bağlamaq üçün

Əvvəl yüngül bir təmizləmə edin. Dəri tonunuza çox yaxın bir bağlayıcını ləkələrin üzərinə yüngülcə vuraraq tətbiq edin. Bu əməliyyatı ləkələr yüngülləşənə qədər tətbiq edin. Bağlayıcını tətbiq edərkən ləkələrin sərhədini diqqətə çarpanlaşdırmamaq üçün ətrafına doğru bir az daşıyarın. Daha sonra tonal kreminizi və pudranızı tətbiq edin.

Qızarıqlıq və sızanaqları bağlamaq üçün

Yaşıl rəngdə bir bağlayıcını qızarıqlıq və ya sızanaqların üzərinə yüngülcə yayaraq çəkin.
Kırışıklıkları gizləmək üçün

Dəri tonunuzdan 1-1,5 ton açıq bir bağlayıcını qırışıqlıq boyunca çəkin. Bağlayıcını barmağınızla və ya bir fırçayla yayıb bədəninizə yedirin. Daha sonra tonal kreminizi və pudranızı tətbiq edin.

Burnunuz uzunsa

Burun ucunuza tünd rəng tonal krem tətbiq edin. Tonal kreminiz yığcam tonal krem olsa və nəmli süngərlə tətbiq etsəniz çox daha yaxşı nəticə əldə edərsiniz. Tonal kremi yaxşıca yedirdikdən sonra kiçik toxunuşlarla pudralayın.

Burnunuz genişsə

Kölgə və işığı istifadə edin. Burnunuzun üzərinə (burun sümüyünüz boyunca) daha açıq tonda; burun qanadlarınıza isə daha tünd tonda tonal krem çəkin. Barmağınızla Tonal kremə yaxşıca yayın və 2 ton arasındakı sərhədləri yedirib yox edin, mat bir pudrayla pudralanınıl. Çənəniz çox kiçik və içəri doğrudursa çənənizə açıq rəng bir tonal kremsürün. Bu çənənizin həcmini artıracaq. Tünd və parlaq rəngdə pomadalar istifadə etməyin, diqqəti başqa yerlərdə yığmaq üçün göz makiyajınıza əhəmiyyət verin.

Çənəniz çox çıxıxsa

Çənənizin ucuna tünd rəng bir tonal krem tətbiq edib pudralayın. Dodaqlarınızı önə çıxaracaq canlı rəngdə pomadalar seçin, beləcə çənəniz diqqətə çarpanlığını itirəcək.

Yumru üzü uzun göstərmək üçün

Üzünüzün daha incə görünməsi üçün, gicgahlarınıza, almacıq sümüklərinizə və çənə altınıza böyük bir ənlik fırçası köməyiylə bürünc ənlik çəkin. Daha açıq rəng pudrayla alınınızı, burnunuzu və çənə ucunuzu vurğulayın.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri