İstifadə etdiyimiz kosmetikalar nə qədər etibarlıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 504
Səs ver:
(səs: 1)
Dərinin əvəzolunmaz ehtiyacından biri də kosmetik məhsullardır. Bəzi kosmetik markaların illər əvvələ söykənən elmi işləri göstərir ki, eyni yaşda və gendə olub, krem istifadə edən və etməyən dərilər arasında ciddi fərq var. Bildiyimiz kimi dəri xarici amillərdən, xüsusilə ultrabənövşəyi və çirkli havadan, küləkdən, həmçinin yuxusuzluq, qidalanma və stress kimi daxili amillərin təsirindən dolayı yaşlanmaya məruz qalır. Xüsusilə xarici amillərlə (ultrabənövşəyi və hava şərtları) mübarizədə nəmləndirici kremlər sayəsində yaşlılıq əleyhinə müvəffəqiyyət əldə edildiyi müşahidə olunub.

Kosmetik məhsullardan dərini nəmləndirilməsi, qorunması və bərpa olunması gözlənilir. Dermotoloji kosmetik məhsullar kimi, kosmetik məhsullar da Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin idarələri tərəfindən təhlillər aparıldıqdan sonra kosmetik mağazalarda satışına icazə verilir. Həkim məsləhətinə ehtiyac duyulmadan istifadə olunan bu məhsulların tərkibləri daha çox təbii və ya bitki mənşəlidir. Həkim məsləhəti ilə istifadə edilmədiyi üçün bu kremlər etibarlılığını sübut etmiş (ucuz və ya bahalı) və yaxşı markalardan alınmasına diqqət edilməlidir.

Həmçinin bəzi dermatoloqlar kosmetik məhsul alarkən onun tərkibini oxumağı tövsiyə edirlər. Əgər insan öz dərisini yaxşı tanıdığını düşünürsə, kosmetik məhsul seçərkən dərisinə və büdcəsinə uyğun məhsulları seçə bilər. Bu məhsullar arasında gündəlik həyatda ən çox istifadə edilənlər, öz dəri tipinə və yaşına uyğun üz nəmləndiricisi, göz kremi, günəş qoruyucusu və.s ola bilər. Bundan başqa, ehtiyaca görə həftədə bir dəfə tətbiq edəcəyi kimyəvi pilinq seçə və ya maska çəkə bilər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri