Korrektorla üzdəki bütün qüsurları gizlətməyin yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 402
Səs ver:
(səs: 2)
Hər gün yeni bir növü satışa çıxarılan korrektorlarla ideal makiyaj edən xanımların sayı çox olsa da, bu kosmetik vasitənin möcüzələrindən xəbərsiz olanlar da var.
Başqa heç bir kosmetik vasitəyə ehtiyac duymadan, təkcə korrektorla üzdəki bütün qüsurları, izləri aradan qaldırmaq, üzə parlaqlıq vermək və dodaqları daha dolğun göstərmək olur. Odur ki, bütün xanımlar makiyaj çantalarına mütləq korrektoru da əlavə etməlidirlər.

Bəs korrektordan hansı bölgələrdə, necə istifadə etmək lazımdır?
İlk öncə onu qeyd edək ki, korrektordan həmişə tonal kremi çəkdikdən sonra istifadə edin. Beləliklə, həm korrektorun təsiri daha çox hiss olunacaq, həm də daha az istifadə edəcəyiniz üçün korrektorunuzun tez qurtarmasının qarşısını alacaqsınız.
Korrektorun ən möcüzəli təsiri göz altlarında hiss olunur. Korrektor göz altındakı torbaları və tünd rəngli halqaları yox edərək daha gənc və gözəl görünməyinizə vəsilə olacaq.
Əgər göz altındakı halqaların rəngi çox tünddürsə, bu zaman korrektoru üçbucaq formasında çəkmək məsləhətdir.
Dekolteli paltarlar geyinmək istəyəndə sinənizdəki qızartılar və ya sızanaqlar sizə maneə olursa, korrektorunuzu əlinizə alın. Həmin hissəyə dəri tonunuzla uyğunlaşan korrektoru çəkdikdən sonra üzərindən pudra ilə keçin.
Yuxu rejiminə əməl etmədiyiniz günlərdə qaşınızın altına və göz qapaqlarına korrektor tətbiq edərək yorğunluğun əlamətlərini aradan qaldıra bilərsiniz.  
Göz kremi, haylayter və korrektoru qarışdıraraq çəkdikdə gözlərdəki şiş azalır və daha sağlam görünürsünüz.
Pişik gözü makiyajı edərkən də korrektor köməyinizə gələcək. Əvvəlcə fırçanızı korrektora bulayın və gözlərinizin üzərinə nazik xətt şəklində çəkin. Daha sonra həmin xəttin üzəri ilə laynerinizi çəkin. Beləliklə laynerinizi daha düzgün çəkəcək və davamlı olmasına şərait yaradacaqsınız.
Korrektorla həm də dodaqları dolğun göstərmək mümkündür. Bunun üçün simli korrektorlardan istifadə edə bilərsiniz. Adi korrektordan da istifadə etmək olar. Korrektoru dodaqların ortasına çəkin və barmaqlarınızla yayın. Daha sonra üzərinə şəffaf dodaq boyası çəkin.
Əgər korrektor dərinizdə yığılıb qalırsa, onu nəmləndirici kremlə qarışdırdıqdan sonra çəkə bilərsiniz.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 10 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri