Gecə makiyajının incəlikləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 548
Səs ver:
(səs: 1)
Gecə makiyajı üçün qızıl təkliflər vermək istəyirik. Bütün qadınlar gecə makiyajının qüsursuz və gözəl olmasını istəyir.
Makiyaj mütəxəssisləri, evdən bayıra çıxmadan da asanlıqla tətbiq oluna biləcək və baxanların heyran qalacağı makiyaj təkliflərini,

Hamar görünüşlü bir Dəri üçün
İlk olaraq dərinizin təmiz olduğundan əmin olun. Dərinizin hamar olmasını istəyirsinizsə, dəri rənginizə uyğun rəngdə tonal krem istifadə etməlisiniz. Tonal kremi fırça və ya lateks süngərin köməyi ilə tətbiq edin. Tonal krem sürtdükdən sonra makiyajınızı sabitləmək və parıltını qarşısını almaq üçün kremin rənginə uyğun bir pudra tətbiq edin.

Cəlbedici Göz makiyajı üçün
Şokolad qəhvəsi, tünd boz və bənövşəyi, gecə makiyajı üçün mükəmməl rənglərdir. Təbii görünməsi üçün mütləq, üzərində göz qələmi istifadə edin. Gözlərinizi daha geniş və cazibədar göstərmək üçün, göz qapağınızın üzərinə çəkəcəyiniz qələmi, sona doğru bir az daha aşağıya uzadın.
Daha çox təsiredici olmaq üçün, kirpikləri uzun göstərən tuş istifadə edin və tətbiq edərkən yavaş hərəkətlərlə yuxarıya doğru tətbiq edin. Üst kirpiyinizə qara tuş çəksəniz belə, alt kirpiklərinizə qəhvəyi tuş istifadə edin. Əsla rəngləri qarışdırmağı unutmayın! Təbii baxış almaq üçün rənglərin görüşdükləri nöqtələri mütləq qarışdırın.

Son addım, parlaq və dolğun Dodaqlar
İlk olaraq üzünüzə uyğun boya rəngi seçməlisiniz. Dəri rəngi, göz və diş rəngi belə, dodaq boyası seçimində nəzərə almanız lazım olan təfərrüatlardandır. Sarı tondakı dəri rəngi olan xanımlar, narıncı rənglərdən qaçmalı, çəhrayı tonları seçməlidirlər. Əgər dodaqlarınız nazikdirsə, daha açıq tonlar axtardığınız ton ola bilər.
Qalın dodaqlar, tünd rənglərlə daha gözəl görünəcək. Dodaq qələminizi və dodaq boyanızı mümkün qədər yaxın tonlarda seçməyə diqqət göstərin. Dodaq qələminizlə bütün dodağı doldurmağa çalışın, beləcə salfetə və ya stəkana çıxan dodaq boyanızın sonunda, dodaq qələminiz hələ dodaqlarınızda qalacaqdır.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri