10 dəqiqədə necə makiyaj etmək olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 6 030
Səs ver:
(səs: 3)
10 dəqiqədə necə makiyaj etmək olar?
Bəzən saatlarla güzgü qarşısında bəzənərək vaxt itiririk. Bundan da ən çox sevdiyimiz insanlar, daha çox da kişilər narazı qalır. Heç kim bizi gözləmək istəmir. Halbuki, sadə və asan makiyaj etmək mümkündür.

Üz makiyajına 5 dəqiqə sərf edin.
"Fil sümüyü” tonunda olan tonal kremi üzünüzə çəkin. Üzünüzdəki qızartı və ya qüsurları örtmək üçün ikinci qatı da çəkin. Göz altındakı tünd rəngi də xüsusi gözaltı kremlə örtün. Dərinizin sağlam görünməsi üçün üzünüzdəki almacıq sümüklərə gel və ya krem şəklində ənlik sürtün və barmaq uclarınızla dairəvi yayın.

Gözlərinizə 3 dəqiqə ayırın
Əvvəlcə, təbii acıq gümüşü rəngli göz kölgənizi kirpiklərin dibindən göz qapaqlarının yuxarısına doğru makiyaj fırçasının köməyilə çəkin. Daha sonra kirpiklərinizə mavi tuş çəkin.

Dodaqlar 2 dəqiqədə hazırdır
Dodaqlarınızı öz rəngindən iki ton daha tünd rənglə sevindirin. Dodaq qələmindən istifadə etməyin. Alt dodağınıza şaftalı rəngində dodaq parıltısı sürtün. Bu cür dodaqlarınız daha dolğun görünəcəkdir.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 6 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri