Saçı, makiyaj və tərzi ilə gerçək bir ikon olan Serenay Sarıkayanın hər zaman qüsursuz görünən makiyajını nə cür etdiyini bilirsizmi? Bilməyənlərə Serenay Sarıkaya makiyajını təqdim edirik.
İlk əvvəl dərinizə vurduğunuz tonal krem çox vacibdir. Serenay tünd rəngli tonal kremlərdən uzaq durur. Parıldayan dərinizə uyğun eyni tonda tonal kremi seçib fırça ilə nazik qat olaraq üzünüzə çəkin.
Gözaltı üçün çox açıq bir rəng qapadıcı istifadə etməyin.
Kontur fırçası ilə almacıq sümüklərinə qızılı kontur çəkin. Dəri makiyajı beləcə tamamlanmış olur.
Serenay göz makiyajında bürünc və çox açıq qəhvə tonlarda göz kölgəsi istifadə edir. Bir birinə yaxın iki tonda göz kölgəsi götürün. Açıq rəngli göz kölgəsini göz qatlanan hissəsinə kimi çəkin. Tünd olanla azca kölgə verin. Tünd rəngli kölgəni fırça ilə alt kipriklərin dibinə qələm çəkər kimi çəkin, sonra yayın. Bir qat tuj çəkin.
Ənlik olaraq torpaq tonları seçin. Parıltılı bir ənlik olsun.
Çox hallarda nude tonlarda dodaq boyası seçan Serenay bordo tonlara da üstünlük verir. Ancaq bu tip makiyaj üçün nude bir dodaq boyası seçin və eyni rəngdə dodaq qələmi ilə çərçivələyin.