Ala gözlü xanımlar üçün makiyaj məsləhətləri

Müəllif: emis
Şərhlər: 11
Baxılıb: 10 450
Səs ver:
(səs: 4)
Ala gözlü xanımlar göz makiyajına xüsusi önəm verməlidirlər. Hər ton ala gözlü xanımlara yaraşmaya bilər. Ala gözlü xanımlar üçün ideal göz makiyaj seçimi: boz, tünd bənövşəyi, qızılı, torpaq rəngləri, yaşıl və mavi tonlarında olmalıdır.

Ala gözlər dedikdə göz rəngi mavi və yaşıla yaxın rəngdə olan gözlər nəzərdə tutulur. Bu xanımlar sadəcə far tətbiq edərək makiyaj etdiklərində məsum, layner istifadə etdikdə isə çox cəlbedici görünürlər.

Mavi və yaşıl rəngli gözlərə sahibsinizsə qızılı və torpaq rənglərini sınaya bilərsiniz. Özəlliklə ala göz rənginə sahib məşhurlar özəl gecələrdə qızılı tonlarda makiyaja üstünlük verirlər. Bu tonlar ala gözlərdə çox cəlbedici görüntü yaradır.

Ala gözlərə sahib xanımlar makiyaj edərkən göz qələmindən istifadə etdikdə göz rəngləri ön plana çıxır. Qara və digər rəngli qələmlərdən istifadə edə bilərsiz.

Mavi tonlarındakı göz makiyajı ala rəngli gözlərdə gözlərin daha mənalı və dərin görünməsinə kömək edir. Bu tonlar göz rənginizi önə çıxarar və daha cəlbedici görüntü yaradar.

Gözlərin daha çox ön plana çıxmasını istəyirsinizsə zidd tonlardan istifadə edin. Qəhvəyi bir göz makiyajı baxışlarınızı həm məsum həm də cəlbedici göstərər.

"Yumuşaq” bir görüntü əldə etmək istəyən ala gözlü xanımlar açıq və tünd bənövşəyi rənglərdən istifadə etməlidir.

Axşam əyləncə toplantısına gedəcəksəniz, metal tonlardan istifadə edin.

ala gözlər üçün dumanlı göz makiyajı isə tünd boz rəngləri ilə mümkündür.

Dumanlı göz makiyajını etmək üçün kirpik diblərinə qara qələm ilə incə bir çizgi çəkin və makiyaj fırçaı ilə çizini yavaşca yayın. Üstünə boz tonlarda rəng tətbiq etsəniz dumanlı göz makiyajınız hazır olar.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 10 450
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri