Dodaqları boyayarkən edilən 5 səhv

Müəllif: Qlamurr
Şərhlər: 5
Baxılıb: 4 515
Səs ver:
(səs: 3)
Parlaq dodaq boyası - ən yaxşı yaz aksessuarıdır. Vacib olan onu düzgün tətbiq etməkdi.

Müasir dodaq boyalarının əksəriyyəti nəmləndirici tərkibli olsa da, dodaqlar üçün xüsusi balzamlar da mövcuddur. Dodaq boyasından əvvəl dodaqları nəmləndirməyin heç bir ziyanı yoxdur. Dodaq boyası vurmadan əvvəl balzam çəkin, 2 dəqiqə gözləyin, sonra dodaqları salfetlə silib makiyaja davam edə bilərsiz.

İkinci yanlış pilinq etinasızlığıdır. Heç bir dodaq boyası pilinqlə qeyri-kafi soyulmuş dodaqlarda, xüsusən də mat, tutqun olan dodaqlarda yaxşı qalmır. Dodaq pilinqlərini hazır almısızsa, hər gecə yatmadan əvvəl diş fırçası, dəsmal, ya da süngərlə dodaqlarınıza tətbiq edin. Əgər evdə pilinq hazırlamaq istəyirsizsə, xarlamış baldan  istifadə edin. Sonra balzam, ya da maska vurun.

Üçüncü səhv düzgün rəngdə seçilməyən dodaq qələmidir. Rəngsiz, ya da nude qələmləri dodaqları vizual dolğun göstərmək üçün istifadə edə bilərsiz, ya da dodaq boyası ilə eyni tonda dodaq qələmi seçin. Seçim edə bilmirsizsə, boya və qələmi eyni markadan alın. Dodaq qələmi alarkən dodaq boyasını da özünüzlə götürün.

Dördüncü yanlış dodaq boyasını bazasız vurmaqdır. Çoxumuz dodaq boyasını çılpaq dodaqlara vururuq. Bu da dişlərə dodaq boyasının batması, boya qalıntılarının dodaqlara yapışıb qalması kimi xoşagəlməz hallara səbəb olur. Bu hallarla qarşılaşmamaq üçün üz üçün olan "BB” kremi, nəm pudra, ya da elə dodaq boyasının özünü ilk əvvəl dodaqlara çəkib salfetlə üstündən basın, sonra yenə vurub salfeti bir neçə dəfə öpün. Sonda dodaq boyasını sürtə bilərsiz.

Ən son səhv dodaq boyasının düzgün vurulmamasıdır. Dodaq boyasını istər əllə, istər fırçayla vurarkən həmişə mərkəzdən, geniş olan hissəsindən başlayıb sonra kənarlara doğru gedin.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri