Mükəmməl makiyajın sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 040
Səs ver:
(səs: 1)
Makiyaja saatlarla vaxt sərf edir, amma yenə də istədiyiniz görünüşü təmin edə bilmirsinizmi? Etdiyiniz makiyaj dərhal axır, ya da üzünüzdə qəlib kimi dayanır? Gözəl görünmək üçün etdiyiniz makiyaj sizi olduğunuzdan daha pis göstərirsə, bəzi makiyaj vərdişlərini artıq dəyişdirmək lazımdır. Mütəxəssislər makiyaj səhvlərini və onları necə düzəldə biləcəyinizi izah edir, buyurun tanış olun. Səhv: Tünd dodaq qələmi və açıq rəngli dodaq boyası
Makiyaj mütəxəssisləri bu tip makiyajın 80-ci illərdə qaldığını və artıq dodaq qələmində daha təbii və dodaq boyasına uyğun tonların seçilməsi lazım olduğunu vurğulayırlar. Əgər tünd qırmızı rəngli dodaq qələmindən istifadə edəcəksinizsə, bununla bütün dodağınızı doldurmalı və üstünə açıq rəng bir dodaq boyası əvəzinə şəffaf parladıcı vurmalısınız.

Səhv: Dodaq xəttindən kənara çıxan dodaq qələmi
Dodaqlarınızdan kənara çıxan dodaq qələmi makiyajınızın dağıldığı hissini yaradır və təbii görünmür. Bunu əngəlləmək üçün əvvəlcə dodaq xəttinizi qələmlə təyin edin, yalnız dodağınızın sərhədi boyunca qələm çəkin, kənara çıxmayın. Sonra çəkəcəyiniz dodaq boyası dodaqlarınıza istədiyiniz dolğun görünüşü verəcək. Dolğunlaşdırıcı dodaq boyasının üzərinə bir miqdar şəffaf parladıcı sürtmək faydalı olar.

Səhv: Həddindən artıq qalın, ya da həddindən artıq incə qaşlar
Gur qaşlı qadınlar qaşlarını rəngləməkdən çəkinməlidirlər, çünki onların ehtiyacı olan şeylər yalnız maqqaş və bir az qaş gelidir.
Seyrək qaşlı qadınlar isə qaşlarını daha gur göstərmək üçün fırçayla qaşın təbii xəttini pozmadan onu rəngləməlidir, bu, qaşlarınızı gur göstərəcək və üzünüzə rəng qatacaq.
Əgər qaşlarınız həddindən artıq seyrəkdirsə, makiyaj mütəxəssisləri qaşlarınıza əvvəlcə qələmlə forma verdikdən sonra qaş, ya da göz qələmi ilə üzərindən getmənizi təklif edir.

Səhv: Göz qapağının xarici küncünü keçən şəkildə çəkilmiş eyeliner
Pişik gözü olaraq adlandırılan Kleopatra stili eyeliner cazibədar ola bilər, ancaq bunu şişirtməmək lazımdır. Eyeliner ən çətin tətbiq edilən makiyaj vəsaitlərindən biridir. Bu mövzuda mütəxəssislər, işinizə yarayacaq ən xırda məsləhətlər verir: əgər makiyaja yeni başlayan birisinizsə, əvvəlcə qələmdən istifadə etməlisiniz. Eyeliner daha gözəl bir görünüş təmin edər, amma eyni zamanda təcrübə və əl bacarığı tələb edir.
Möhtəşəm göz makiyajının sirri:

- İç tərəfdən xarici küncə doğru, kirpik dibləri boyunca incə bir xətt çəkin.
- Xarici kənarda yuxarı doğru bir xətt çəkin.
- Göz kənarınızdan çox da uzağa getmədən xətti uzadın (daha dramatik bir görünüş istəyirsinizsə, göz kənarından bir az daha uzaqlaşa bilərsiniz).

Eyelinerlə gözünüzə xətt çəkərkən, xətti qaşın kənarından çölə çıxarmayın.
Səhv: Toplanmış şəkildə tuş
Uzun müddət dağılmadan qalan, toplanmamış bir tuş üçün makiyaj mütəxəssisləri bunları təklif edir:

- Tuşu çəkməzdən əvvəl fırçanın üzərindəki artıqları tuş qabının kənarına silin.
- Ziqzaq çəkərək, kirpiklərin diblərindən uclara gələrək tuş çəkin.
- Kirpiklərinizi tək-tək ayırmaq və artıqlardan xilas olmaq üçün tuş qurumadan köhnə bir diş, ya da kirpik fırçasıyla kirpiklərinizi darayın.
- Əgər istəsəniz, bir dəfə də tuş çəkin və darama əməliyyatını təkrarlayın.
Səhv: Diqqətə çarpan kirşan xətti
Üzümüzə sağlam görünüş vermək üçün çəkdiyimiz ənlik düz çəkilmədikdə təbii olmayan bir görünüş verər. Bunun qarşısını almaq üçün:

- Ənliyi çəkməzdən əvvəl ənlik fırçasındakı ənliyi təmizəyin.
- Böyük fırça ənliyi daha bərabər paylayacaq.
- Gülümsəyin və fırçanı almacıq sümükləriniz üzərindən saç xəttinizə və qulağınıza doğru yayaraq ənliyi çəkin. Əgər lap çox çəksəniz, üzərinə şəffaf bir pudra vurun.

Səhv: Qüsurları önə çıxaran tonal krem
Əgər üzünüzə lazımından artıq tonal krem sürtsəniz, saxlamaq istədiyiniz qüsurlarınız daha da önə çıxacaq. Buna maneə törətmək üçün:

- Tonal kreminizə az miqdarda nəmləndirici qarışdırın. Bu, tonal kremin incə qırışlardan çölə sızmasını əngəlləyər.
- Mineral makiyaj vəsaitləri sizə təbii görünüş verərkən, sızanaq və ləkələrinizi də gizlədəcək.
Səhv: Çənədə diqqətə çarpan tonal krem izi
Əgər tonal kreminizin rəngini uyğun seçməsəniz, üzünüzlə çənə aşağısındakı boyun bölgənizdəki rəng fərqlilikləri sizi maska taxmış kimi göstərəcək. Buna maneə törətmək üçün əvvəlcə uyğun tonal krem rənginizi tapmanız lazımdır:

- Əvvəlcə getdiyiniz mağazada kömək almaqdan və məhsulu sınamaqdan çəkinməyin.
- Tonal kremi sınamaq üçün təbii işıq olan yerdə durun və əlinizə ayna alaraq uyğun rəngi seçin. Mütəxəssislər boynumuzun üzümüzdən və sinəmizdən fərqli olduğunu ifadə edir. Bu səbəblə boynumuzda təbii rəngi almaq üçün tonal kremi çənədən boyuna doğru düz bir şəkildə yaymaq lazımdır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri