Sızanaqlı dərini makiyajla örtmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 893
Səs ver:
(səs: 2)
Sızanaqlı dərini makiyajla örtmək mümkündürmü? Bəli, mümkündür.

Dərinizdəki sızanaqlar və onlardan sonra qalan ləkələri doğru bir makiyajla örtə bilərsiniz. Lakin makiyajdan öncə dərinizi təmizləyin.
Dərinizdəki yağı, kiri təmizləmək üçün dərinizi yağsız bir jellə təmizləyib, sonra alkoqolsuz bir toniklə silin. Dərinizi təmizlədikdən sonra yağsız bir nəmləndirici və ya günəş kremi tətbiq edin. Sonra yağsız bir tonal kremi bütün üzünüzə tətbiq edin. Tonal kremi dərinizə hopdurduqdan sonra, dəri rənginizdən bir ton tünd rəngli korrektoru sızanaqların üstünə çəkin və barmaqlarınızla səpkilərə hopdurun.
Korrektordan sonra dəri rənginizdən bir ton açıq pudranı tətbiq edin. Beləliklə, tətbiq etdiyiniz tonal krem və korrektor gün ərzində sabit qalacaq.

Diqqət:
Sızanaqlı bir dəriniz varsa, makiyajın uzun müddət dərinizdə qalmasına icazə verməyin. Bu makiyaj texnikası sızanaqlarınızı örtər lakin onları sağaltmaz.

Sızanaqlı dəriyə makiyaj edərkən, sərt hərəkətlərdən qaçın. Hətta mümkünsə makiyaj fırçası ilə bunu edə bilərsiniz.

Makiyaj fırçanızı hər makiyajın sonunda yuyun və qurudun. (Makiyaj fırçalarını necə təmizləyə bilərik? )

Istifadə etdiyiniz makiyaj vasitələrinin yağsız olmasına diqqət edin.

Makiyaj edərkən gözlərinizə daha çox qulluq edin. Cəlbedici gözlər nəzərləri səpkili dəridən yayındırıb, gözlərinizə həbs edəcək.
Uğurlar!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri