Dodaq boyaları hələ bu çalarlarda olmamışdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 090
Səs ver:
(səs: 4)
Yay mövsümündə ilin başqa mövsümlərində istifadə edə bilmədiyiniz rəngarəng dodaq boyalarından həzz almağın əsl vaxtıdır. Istər gündüz istərsə də axşam, yay fəslində dolğun və parlaq dodaqlara sahib olmaq vacib amildir. Yves Saint Laurent-dan Maybelline-nə və bir çox digər kosmetika firmaları fəslə uyğun ən cazibədar və parlaq rəngli dodaq boyalarını təklif edir.

Pastel rənglərdən ibarət paltarla narıncı-qırmızı rəngli dodaq boyası uyğundur. Daha incə və zərif görünüşə sahib olmaq istəyirsinizsə, çəhrayı rəngdən istifadə edin. Axşam ziyafəti üçün parlaq qırmızı dodaq boyası, konsert tədbiri üçün bənövşəyi-qırmızı rəngli dodaq boyasına üstünlük verin.

Qeyri adi də səslənsə,  bu il gözlənilməyən dodaq boyaları rəngləri dəbdədir. Təbii ki, bu nadir dodaq boyaları hər mərasim üçün nəzərdə tutulmayıb. Dostlarınızla əylənəcəyiniz tədbirlərə yenilik qatmaq istəsəniz bu ilin nadir rəngləri olan tünd bənövşəyi və ya mavi  dodaq boyalarını müvafiq geyim tərzi ilə tamamlaya bilərsiniz.

Ümumiyyətlə, rəng seçimində diqqətli olmanız məsləhətdir. Dəri tonunuza və gedəcəyiniz tədbirə uyğun rəng seçimi etdiyinizdən əmin olun. Ən əsası isə dəbdə nələrin olduğundan asılı olmayaraq sizin xarakterinizi əks etdirən rənglərdən istifadə etməyə çalışın.

Yay mövsümündə rəngarəng və dolğun dodaqlara sahib olun!




Həmişə baxımlı və yaraşıqlı qalın!
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 5 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri