Xanımların diqqətinə! Bronz makiyajı bele edirlər

Müəllif: emis
Şərhlər: 7
Baxılıb: 3 074
Səs ver:
(səs: 1)
Yay aylarında hər birimizin istədiyi sağlam işıltını bronz dəri bəxş edir.

Təbii yolla bronzlaşmaq istəmirsinizsə, bronz makiyajla müvəqqəti olaraq həmin parlaqlığı qazana bilərsiniz.

Adriana Lima, Ceniffer Lopez, Qisele Bünxen kimi məşhur simaların işıltılı dərilərinə həsəd aparmaqdansa, sirrini öyrənin. Ehtiyacınız olan tək şey doğru bir bronz makiyajdır. Bronz makiyajın sirrini təqdim edirik.

İlk olaraq düzgün bronz kremi seçin. Dərinizə təbii istilik qatmaq və təbii bir dəri görünüşü əldə etmək üçün bronzlaşdırıcı kremin normal cild dərisindən bir, ya iki ton daha tünd olmasına diqqət edin.

Kremi üzünüzə geniş və təmiz makiyaj fırçası ilə sürtün və fırça ilə kremin artıqlarını yayın. Sonra kremi yenidən burun sümüyü, alın və çənəyə sürtün.

Nude və çəhrayı ton dodaq boyaları bronz makiyajı tamamlamaq üçün ideal sayılır.

Baxışlar üçün isə göz çərçivənizi qara göz qələmi ilə əhatəyə alın və göz fırçası ilə karandaşı yayın. İkiqat tuj da vursanız, bronz makiyajınız tam hazır olacaq.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri