Gəlin olmağa hazırlaşanlar bir neçə ay
əvvəlcədən makiyajı və saçı barədə düşünməyə başlayırlar. Hər bir qadın
bu gün çox gözəl görünmək istəyir və bunun üçün xeyli əvvəldən makiyaj
ustası və salon axtarışına çıxır. Gəlin makiyajının daha yaxşı və
cazibədar görünməsi üçün ən çox diqqət edilməli olan hissə gözlərdir.
Biz də bu yazımızda sizə gəlin göz makiyajının necə edildiyini və bu zaman nələrə diqqət etməli olduğunuzu deyəcəyik.
1-
Başlamazdan əvvəl mütləq göz bazası istifadə edilməlidir. Göz bazası
edəcəyiniz göz makiyajının daha uzun müddət qalmasını təmin edir. Bundan
əlavə makiyajın axmasının və yayılmasının qarşısını alır.
2-
Göz kölgəsinin rənglərini seçərkən gəlinliyin rəngi nəzərə alınmalıdır.
Yəni hansı rəngdə dümağ və ya şampan rəngində gəlinlik
geyinəcəksinizsə, bu rənglərə uyğun tonlarda rəng kontrastı edilməlidir.
Əgər bunu riskə almaq istəmirsinizsə, dumanlı göz makiyajından istifadə
edin. Çünki bu cür makiyaj hər gəlinə və hər gəlinliyə yaraşan bir göz
makiyajıdır.
3- Göz makiyajından sonra mütləq
layner istifadə edin. Quyruqlu layner çəkmək istəmirsinizsə, layneri
daha qısa və nazik çəkə və beləliklə də gözünüzün bütünlüyünü təmin
etmiş olarsınız.
4- Taxma kirpik olmadan
gəlin makiyajı olmaz. Xüsusilə şəkillərdə yaxşı görünmək və gözlərinizin
ön planda olmasını istəyirsinizsə, mütləq taxma kirpikdən istifadə
etməlisiniz.
5- Taxma kirpikdən əvvəl mütləq
öz kirpiklərinizə də tuş çəkin. Bu nüans çox vaxt yaddan çıxarılır. Bu
zaman öz kirpiklərinizlə taxma kirpik arasında fərq hiss olunur. Buna
görə də taxma kirpikdən əvvəl öz kirpiklərinizə də tuş çəkməyi
unutmayın.
6- Parıltı: Bu da çox yaxşı bir
detaldır. Orta yaşlarda olan gəlinlər bundan daha çox istifadə
etməlidirlər. Çünki parıltılı bir göz makiyajı yaşınızı daha geriyə atır
və baxışlarınıza canlılıq qazandırır.
7- Və son olaraq göz makiyajınız qurtardıqdan sonra mütləq makiyaj sabitləyici istifadə edin.