Qüsursuz makiyaj edənlər seçildi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 324
Səs ver:
(səs: 3)
Dəb trendlərini dünya ulduzları diktə edir. Heç kimə sirr deyil ki, hətta moda ilə maraqlanmayanlar da geyim, makiyaj və saç məsələsində onlardan nümunə götürürlər.

Beyons səhnə və qırmızı xalı mərasimləri üçün bir qayda olaraq təmtəraqlı, göz qamaşdıran kostyumlar seçir. Bu, müğənnini makiyajda sadəliyə yönəlməyə məcbur edir. Ümumiyyətlə, Beyons çıxışlarında elə görünür ki, sanki makiyaj etməyib. Hərçənd, onun makiyajının mükəmməl alınması üçün ən az 2 vizajist bir neçə saat işləyir.
 
Siyahının ikincisi aktrisa Ember Hearddır. Onun bütün çıxışları vizajistlər və dəb tənqidçiləri tərəfindən əla qiymətləndirilib. Razılaşmaya bilmərik, istənilən halda qüsursuz görünür.
 
Emma Uotsonun təbii və xoşagəlimli makiyajı gənc qızlara daha uyğundur.
 
Teylor Svift  stil ikonası adına layiq olmağa çalışdığından onun  geyim və makiyajında qüsur tapa bilməzsiniz. Xüsusilə, baxışları olduqca sirli görünür.
 
Monika Belluççi qadınlara təbii olmağı məsləhət görür. 51 yaşlı aktrisa özü də bu qaydaya əməl edir. Makiyaj vasitəsilə aktrisa ancaq təbii gözəlliyini vurğulayır.
 
Bu il aktrisa Cennifer Lourens xarici görkəmində bir xeyli dəyişiklik edib və yaxşılığa doğru xeyli dəyişib. Cennifer də makiyajdan çox az istifadə etməyə çalışır. Nəticədə ustalıqla edilən makiyaj çox təbii görünür.
 
Keti Perrinin çəhrayı saç stilini çoxu bəyənməsə də, makiyajı haqqında eyni sözləri demək mümkün deyil. Keti Peri mavi gözlərini xüsusi vurğulamağı çox sevir.

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 12
Baxılıb: 2 324
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri