Soyuq havalarda solğun görünməmək üçün qış geyimlərinin özünə məxsus
makiyaj növü olur. Hər geyimin dəbimə uyğun makiyaj etmək xanımlardan
ustalıq tələb edir.
Yazın açıq rəngli, sadə makiyajını qırağa qoyub daha tünd rənglərdən
istifadə etməlisiniz. Qışda diqqət çəkən əsas məqam dodaqlar olacaq.
Qırmızı rəngin bütün tonları qışın ideal dodaq boyaları sırasında yer
alır. Qırmızı dodaq boyasının qalıcı olmasını istəyirsinizsə əvvəlcə
dodaqlarınıza az miqdarda pudra vurun. Sonra isə dodaq boyasını kənara
çıxmadan çəkin.
Gözlərdə isə boz rəng və dumanlı makiyaj dəbdə olacaq. Tünd rəngllər və boz göz kölgələri baxışları daha cəlbedici edəcək.
Çəhrayı və qırmızı ənliklər mövsümün trend makiyajıları sırasında yer alıb.