Makiyaj vasitəsilə toppuş dodaqlara sahib olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 432
Səs ver:
(səs: 1)
Makiyajın köməyi ilə nazik dodaqları vizual olaraq həcmli etmək olar.
Bunun üçün dodaqlara tonal vasitə çəkdikdən sonra tozşəkilli pudra vurulur və kontur karandaşla dodaqlar "doğma” səviyyəsindən 1-2 mm yuxarıda çəkilir. Həcmli effekt almaq üçün kontur xətti tünd çəhrayı və ya solğun qırmızı çalarlı olmalıdır (qəhvəyi, tünd zanbaq və ya tünd qırmızı rənglər istifadə edilmir). Dodaq boyası sədəfli açıq çəhrayı, şaftalı, ərik rəngli çalarlarında olmalıdır. Həcmli effekt alınması üçün "nəm” və "brilyant” şəffaf dodaq parıltıdan da istifadə etmək olar.
Çox həcmli dodaqlar üçün xüsusi maye korrektordan istifadə edirlər. Dodağın təbii sərhədini "gizlətmək” üçün bu kosmetik vasitəni dodağın xarici xətti üzrə çəkirlər.  Bundan sonra rəngi orta tündlükdə olan karandaşla dodağın təbii sərhədindən 1-2 mm aşağı olmaqla xətt çəkirlər. Dodağın enini azaltmaq üçün sədəfsiz tünd dodaq boyası seçmək olar (qəhvəyi, şokolad rəngli, tünd qırmızı). Kosmetik parıltını isə yalnız dodağın mərkəzinə vurmaq olar.
Çox kiçik dodağı belə bir üsulla "böyüdürlər”. Əvvəlcə təbii dodaq xəttini duru kosmetik korrektəedici vasitə ilə hamarlaşdırırlar. Sonra dodaqların künclərini yuxarı istiqamətə apararaq kontur karandaşla 2-3 mm uzadırlar. Dodaq boyası çox tünd olmamalıdır. Yaxşı olardı ki, bej və açıq çəhrayı rəngin çalarları seçilsin. 1-2 qat dodaq boyası üzərindən parlaq sədəfli dodaq parıltısı çəkilir.
Çox böyük ağız bəzən vulqar görünür. Dodağın "artıq” uzunluğunu "gizlətmək” üçün kontur karandaşla  çəkilən xətt dodaq künclərindən 2-3 mm məsafədə başa çatmalıdır. Dodaq boyasını neytral çalarda seçirlər - şaftalı rəngi, açıq çəhrayı, bej-çəhrayı. Pomada vurulduqdan sonra kağız salfetlə dodağı yüngülcə qurulayır, kosmetik parıltıdan isə istifadə etməyin.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri