Bu dəblə ayaqlaşmaq üçün dəlisov olmalısan

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 042
Səs ver:
(səs: 0)
Nyu-York, Milan, Paris və London moda həftələri çərçivəsində baş tutan dəfilələrdə vizajistlərin çoxu modellərin dodaqlarını qara rəngə boyamaq qərarına gəlib. Onların fikrincə, qara dodaq boyası obraza qotika və vəhşilik qatır.
 
Radikal qara dodaq boyalarının müəllifi "Dior” brendinin makiyaj üzrə kreativ direktoru Piter Filips olub. O, moda evinin 2016-2017-ci ilin payız-qış kolleksiyasında tünd dodaq boyalarını təkidlə məsləhət görüb. Onun sözlərinə görə, dodaqları qara göz qələmi ilə haşiyəyə alıb dodaq boyasının qalıcı olmasını təmin etmək olar.
 
Tənqidçilər bu dəblə, əsasən, dəlisov, çılğın ruhlu qızların ayaqlaşacağını proqnozlaşdırır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri