Makiyaj
çəkmək üçün bir xeyli zaman və enerji itiririk. Nəticə isə heç də hər
zaman ürəyimizcə olmur. Lakin bəzi sirlər var ki, siz onları bildikdən
sonra daha gözəl makiyaj etməyə nail olacaqsınız.
1. Karandaşın üzərindən linerlə bir daha gedin
Əgər
siz maye vasitələrlə gözünüzün üzərinə ideal xətlər çəkə bilmirsinizsə,
bunu karandaşın üzərindən gedərək edə bilərsiniz. Maye vasitələr
karandaşın üzərinə təmiz dəri üzərində olduğu qədər yaxşı oturur.
2. Kirşan (pudra) vasitəsilə kirpiklərinizə həcm qatın.
Bu
sadə fənd sizə kirpiklərinizin həcmini birə-beş artırmaqda kömək
edəcəkdir. Kirpiklərinizə tuş çəkməmişdən öncə, onları yaxşıca
kirşanlayın və daha sonra tuşdan istifadə edin. Kirpikləri səliqəsiz
göstərən kiçik topalar yaranmır, sadəcə kipriklərin həcmi çoxalır.
3. Əgər maye göz vasitəniz yoxdursa, əvəzində tuşdan istifadə edin.
Gözlər
üçün tuşu həm də maye vasitə kimi istifadə edə bilərsiniz. Göz
karandaşının üzərindən və ya sadəcə olaraq dərinizə tuşu çəkə
bilərsiniz. Lakin tuşun fırçası çox nazik olmalıdır.
4. Pişik baxışı üçün layneri düzgün çəkin.
5. Dişlərinizi təmizlədikdən sonra, dodaqlarınıza keçin.
Dodaqlarınızı
həfifcə quru diş fırçasıyla fırçalayın. Bu proses təkcə
dodaqlarınızdakı ölü hüceyrələri aradan qaldırmır, həm də onları daha
yumşaq və hamar edir. Həmçinin də bu dodaqlarınızda qan dövranını daha
da sürətləndirəcək və nəticədə dodaqlarınız daha həcmli görünəcək.
6. İsti su ilə tuşunuzu təravətləndirin
Tuşun içinə bir neçə damcı qaynar su əlavə edin, bağlayın və yaxşıca silkələyin.
7. Ənlik əvəzinə dodaq parıltısından istifadə edin
Dodaq
parıltısını bütün üzə çəkmək əlbəttə lazım deyil. Almacıq sümüklərinizə
bir damcı əlavə edin və barmaqlarınızla üzünüzə hopdurun. Bu simanıza
sağlam və gözəl görüntü verəcək.
8. Ağappaq dişlər üçün diş ağartma tozundan istifadə edin
Həftədə
bir neçə dəfə diş tozundan istifadə edin. Çox ucuz olan bu vasitənin
mükəmməl nəticələri olur. Lakin, ilk əvvəl öz diş həkiminizlə
məsləhətləşin. Ola bilər ki, sizin dişləriniz buna uyğun deyil.
9. Kosmetik süngərlərdən üz skrabı kimi istifadə edin.
Üzünüzü
təmizlədikdə, kosmetik süngərlərdən istifadə edin. Ən yaxşıları yapon
süngərləri hesab edilir. Onlayn sifariş edərək, bu vasitələri əldə edə
bilərsiniz. Azərbaycana çatdırılması olan alış-veriş saytları üçün bu yazını oxuya bilərsiniz.
10. Tuşu vertikal çəkməyə çalışın.
Tuşu
gözlərinizə çəkərkən, həm üst, həm də alt göz qapaqlarında onu virtual
tutaraq çəkməyə də çalışın. Nə qədər sadə görünsə də, bu ən yaxşı
tövsiyələrdən biridir. Tuş fırçasının sadəcə ucuyla kirpiklərə toxunmaq,
onlara daha təbii görünüş bəxş edəcəkdir.