Rəngli tuşlar və onların düzgün istifadəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 517
Səs ver:
(səs: 0)
Rəngli tuşlar yazın əsas trendlərindəndir. Amma əksəriyyətimiz qara rəngli tuşlara üstünlük veririk. Bir az cəsarətli davransaq qəhvəyi rəngli tuş da istifadə edə bilərik. Və bu iki rəngdən bir addım da xətti keçmərik. Bütün bunlara baxmayaraq risk edib azca parlaq tuşlardan istifadə etsəniz özünüzü Amerika qitəsini kəşf etmiş kimi hiss edərsiniz. Təbii ki, əgər siz özünüzə yaraşan tuşu seçib, düzgün istifadə etdiyiniz zaman yaxşı nəticə əldə etmiş olacaqsınız. Yox, əgər sizə hansı rəngli tuş yaraşar və ondan düzgün istifadə qaydasını bilmirsinizsə kefinizi pozmağa dəyməz. Bu yazı məhz sizin üçündür.

Yaşıl tuş
Yaşıl rəng tuşlar arasında ən mübahisəli rəng olsa da, qorxmaq lazım deyil. Bu mövsüm biz bu rəngli tuşlar ilə makiyaja daha çox Dior-un yaz-yay kolleksiyasının təqdimantında rast gəldik. Modellərin kirpikləri əsl yaz yaşıllığını xatırladırdı. Onların kipriklərindəki tuşlar parlaq yaşıl rəngdə olsa da, gündəlik üçün tünd yaşıla üstünlük verməlisiniz.

Necə istifadə edilməli
Yaşıl rəngli tuş qəhvəyi çalarlarla yaxşı gedir. Bu, ya qəhvəyi rəngli göz kölgəsi, ya qələm və yaxud da ki, eyeliner ola bilər. Diqqət etməlisiniz ki, mütləq tuşunuz tünd rəngli olsun.

Arzuolunan göz rəngi
Yenə də, qəhvəyi rəngli gözlər yaşıl tuşlar üçün ən idealıdır. Qəhvəyi rəngli gözlərinizə yaşıl rəngli tuşlarınızı çəkdikdə gözləriniz açıq qoz və ya fındıq rəngində olacaq. Eyni zamanda baxışlarınız daha parlaq və ifadəli təsir bağışlayacaq.

Lilac və Bənövşəyi tuş
Lilac və bənövşəyi rəngli tuşlar “payız” çalarları olan qızlara daha çox yaraşır: qızılı və ya şabalıdı saçlarla mükəmməl kontrast yaradır.

Necə istifadə edilməli
Bənövşəyi çalarda olan tuşu kipriklərinizə çəkmək üçün öncədən onları kiprik şəkilləndirici ilə düzəldin və daha sonra 2-3 qat tuşu çəkin.

Arzuolunan göz rəngi
Yaşıl və ya mavi rəngli gözlər bu tuşlar üçün idealdır. Lilac rəngində olan tuş yaşıl gözləri daha da vurğulayır, mavi gözlərə isə xüsusi çalar qatır. Eyni zamanda qəhvəyi rəngli gözləri olan xanımlar bənövşəyi rəngli tuş istifadə etsələr onların gözlərinin rəngi bir az maviyə çalacaq.

Mavi tuş
Mavi rəng neytral rəng olduğundan demək olar ki, bütün brendlərin kolleksiyalarında yer alır. Və buna görə də, onunla kipriklərinizə həcm vermək istəsəniz diqqətli olun ki, ucuz vasitə gözlərinizə zərər verə bilər.

Necə istifadə edilməli
Mavi və göy rəngli tuşlarla heç bir karandaş, eyeliner istifadə etmədən gündəlik lakonik, gözalıcı makiyaj edə bilərsiniz. Sadəcə göz qapaqlarınızı əsas və bej rəngli kölgə ilə vurğulayın, sonra isə mavi tuşunuzu kipriklərinizə çəkin. İkinci variant isə mavi rəngli tuşla gecə makiyajı etməkdir. Bunun üçün sizə mükəmməl “smoky eyes” və mavi tuş lazımdır. Gecə makiyajınızda mavi rəngli tuşdan və “smoky eyes”dan istifadə edəcəksinizsə sizə nəm təsiri bağışlayan (vamp) makiyaj daha uyğun olar.

Arzuolunan göz rəngi
Mavi rəng tuşla yenə də, qəhvəyi rəngli gözlər idealdır. Bu rəng gözlərin rəngini boz çalara yaxınlaşdıracaq.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri