Ucuz xasitə olsa da üzünü təmiz edəcək

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3102
Səs ver:
(səs: 0)
Dərini daim təmiz saxlamaq onun cavanlığı və gözəlliyi üçün çox vacibdir. Sizə dərini təmizləmək üçün çox ucuz və eyni zamanda çox effektli üsul təqdim edirik.

10%-li kalsium xloridi məhlulu (apteklərdə satılır) yarıbayarı təmiz su ilə qarışdırın. Məhlulda steril pambıq diski isladın və üz dərisini dairəvi hərəkətlərlə silin. Bunu bir neçə dəfə etmək lazımdır (diski hər dəfə dəyişin). Bütün hərəkətləri massaj xətləri üzrə edin.
Daha sonra diski uşaq sabunu köpüyündə isladın və üz dərisini dairəvi hərəkətlərlə silin. Dəridə ağ yumrular əmələ gəlməyə başlayacaq.
Dəri bu proseduru normal qəbul edirsə (dəridə səpgi, qızartılar və s. əmələ gəlmirsə), növbəti dəfə kalsium xloridi su ilə qarışdırmaq lazım deyil.
Bu proseduru həftədə 1 dəfə etmək olar.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri