Makiyaj sevənlər üçün qiymətli lazımı tövsiyələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2929
Səs ver:
(səs: 0)
Təmizlənmiş dərinizə, makiyajın qalıcı olmasını təmin edərkən dəri sağlamlığını da qoruyacaq növdə dərinizə uyğun nəmləndirici bir krem vurun.

Kremin dəri tərəfindən çəkilməsi üçün gözləyin. Dərinizdəki qüsurları gizlətmək, rəng fərqliliklərini bağlamaq üçün üz və boyun bölgənizə kirşan vurun.
Kirşan rəngini seçərkən dəri rənginizdən bir ton açıq ya da bir ton tünd olmasına diqqət yetirin.
Kirşanı gözaltına, burun ətrafına və çənə xəttinə diqqətə vurun...
Makiyajınızın qalıcı olmasını təmin etmək üçün göz qapaqlarınıza kirşan tətbiq edin.

Göz ətrafı makiyajı edərkən məqsədiniz gözlərinizi olduğundan daha böyük göstərməksə qara, boz ya da
kəhvərəngi tonlarında göz qələmini, göz qapağınızda kirpik xəttinin dərhal üstünə qalın bir xətt
halında çəkin. Gözlərinizi olduğundan kiçik göstərmək istəyirsinizsə,
yalnız gözlərinizin alt hissəsinə, kirpik xəttindən içəri doğru incə bir xətt halında vurun.

Problem:
Eyeliner çəkərkən iki gözüm də bərabər olmur!

Həlli:
Professionalların istifadə etdiyi bu makiyaj hiyləsini sınayın: Selo bantdan bir parça alın və əlinizin üstünə bir neçə dəfə yapışdırın və çəkin ki bantın yapışqanlığı yaxşıca azalsın. Ardından, alt kirpik xəttinin xarici küncündən yuxarıya çarpaz şəkildə yapışdırın. Bu sizə bucaq eyeliner üçün quyruqlu görünüş təmin edəcək. Likit eyelinerı, banta qədər çəkin və quyruq edin. Mükəmməl arxa pişik makiyajınız hazır!

Göz qələminin təbii və sadə görünməsi üçün kiçik bir fırçayla üzərində bir neçə dəfə dolandırın.
Nəticədə gözlərinizin tebii və sadə görünməsini də təmin etmiş olacaqsınız.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri