Təbii Makiyaj

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 613
Səs ver:
(səs: 1)
Bir neçə təkrar etdiyinizdə əliniz alışacaq və dərhal makiyajınızı tamamlayacaqsınız.

Makiyaj vəsaitlərinin asanca tətbiq olunması, üzünüzün hamar bir görünüş qazanması üçün ilk əməliyyat
dəri təmizliyidir. Dəri növünüzə uyğun bir məhsulla dərinizi təmizləyib quruması üçün gözləyin.

Təmizlənmiş dərinizə, makiyajın qalıcı olmasını təmin edərkən dəri sağlamlığını da qoruyacaq növdə
dərinizə uyğun nəmləndirici bir krem vurun. Kremin dəri tərəfindən çəkilməsi üçün gözləyin.

Dərinizdəki qüsurları gizlətmək, rəng fərqliliklərini bağlamaq üçün üz və boyun bölgənizə kirşan vurun.
Kirşan rəngini seçərkən dəri rənginizdən bir ton açıq ya da bir ton tünd olmasına diqqət yetirin.
Kirşanı gözaltına, burun ətrafına və çənə xəttinə diqqətə vurun...
Makiyajınızın qalıcı olmasını təmin etmək üçün göz qapaqlarınıza kirşan tətbiq edin.

Göz ətrafı makiyajı edərkən məqsədiniz gözlərinizi olduğundan daha böyük göstərməksə qara, boz ya da
kəhvərəngi tonlarında göz qələmini, göz qapağınızda kirpik xəttinin dərhal üstünə qalın bir xətt
halında çəkin. Gözlərinizi olduğundan kiçik göstərmək istəyirsinizsə,
yalnız gözlərinizin alt hissəsinə, kirpik xəttindən içəri doğru incə bir xətt halında vurun.

Göz qələminin təbii və sadə görünməsi üçün kiçik bir fırçayla üzərində bir neçə dəfə dolandırın.
Nəticədə gözlərinizin tebii və sadə görünməsini də təmin etmiş olacaqsınız.

Göz makiyajının son addımını kirpik üçün tuşla tamamlayın. Kirpik diblərindən başlayaraq diqqətlə kirpik üçün tuş tətbiq edin.
Kirpik üçün tuş fırçasının təmiz olmasına diqqət yetirin. Kirpik uclarında yığılan kirpik üçün tuşu təmizləmək üçün təmiz,
quru bir diş fırçasından istifadə edə bilərsiniz.
Almacıq sümükləri, burun və alınınıza çəhrayı tonlarında kirşan tətbiq edin.
Dodaq fırçası köməyiylə yanağınıza eyni tonlarda kürə formalı ənliklər tətbiq edin.
Yanaqlarınızla eyni tonlarda dodaq boyası istifadə etmək makiyajınıza təbiilik qazandıracaq.
Əgər dodaqlarınızı vurğulamaq istəyirsinizsə; qırmızı, ve acıq rənglərdən istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 613
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri