Manikürün ömrünü necə uzatmaq olar

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 258
Səs ver:
(səs: 0)
Hamımız gözəl təzə manikürə baxmaqdan doymuruq, lakin çox təəssüf ki, onun gözəlliyi cəmi 2-3 gün çəkir. Ev qayğıları və qab-qacaq yumaq ona gətirib çıxarır ki, sevimli dırnaq boyamız solmağa başlayır, dəri səthində isə artıq ətlər artır. Biz sizə manikürü makisimum uzun müddət saxlamağa xidmət edəcək bir neçə üsul deyəcəyik:

Dırnaqlarınızı soyuq suya salın

Manikür mütəxəssisləri boyanı nazik çəkməyi, sonra isə dırnaqları soyuq suya salmağı məsləhət görürlər. Belə olduqda boya daha tez quruyur və dırnaqğa daha yaxşı yapışır.

Dırnaq ətrafına qulluq edin
Əgər siz hələ dırnaq ətrafı dəri üçün yağ almamısınızsa, bunu dərhal edin. Qulluqedici yağ çox şeyə qadirdir. O yalnız dərini yumşaltmır, həm də dırnaqları daha elastik və möhkəm edirlər.

Boyaüstü vasitədən istifadə edin
Boya çəkdindən sonra mütləq boyaüstü vasitədən istifadə edin. Onu hər 2-3 gündən bir çəkin. Bu manikürün ömrünü uzadacaq və siz salona təkrar getməkdən qoruyacaq. Həm də onunla boya dırnaqda daha parlaq görünəcək.

Dırnaqlarınızı qoruyun
Hamımız bilirik ki, manikürün əsas düşməni nəmdir. Ona görə də ev yığışdıranda və qab yuyanda nazik rezin əlcəklərdən istifadə edin. Antibakterial sabuni adisi ilə əvəz edin. Onun tərkibində manikürü solduran spirt daha azdır.

Keyfiyyətli boyadan istifadə edin
Keyfiyyətsiz boya təkcə bir neçə günə solmur, həm də dırnağa mənfi təsir göstərir. Onu isə sonradan bərpa etmək çətin olur. Ona görə də boya çəkməmişdən əvvəl. Dırnaqlarınızda qənaət etməyə dəyib-dəymədiyi barədə fikirləşin, çünki onlar bədəninizin bir hissəsidir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 258
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri