Qüsursuz dırnaq boyası sürmək əlçatmaz olmayacaq...

Müəllif: Sweet Candy
Şərhlər: 10
Baxılıb: 3 223
Səs ver:
(səs: 1)
Manikürünüzü hər dəfəsində gözəllik salonlarında etdirmək həm imkanınızı, həm vaxtınızı əlinizdən alır. Digər tərəfdən də büdcənizi düşünürsəniz, bu məqaləmizin sizin üçün lazımlı faydaları olacağına inanırıq. Ona görə də qüsursuz dırnaq boyası sürməyin incəliklərini sizinlə paylaşacayıq.

Buyurun, qarşınızda dırnaq boyasının səliqəli şəkildə sürülməsi üçün əsaslı təlimatlar:

Dırnaqlarınızı istədiyiniz ölçüdə kəsin- Daha baxımlı görünən dırnaqlar üçün dırnaq uclarınızın bir dırnaq qayçısı ilə kəsilib bir sürtgəc ilə hamarlaşdırmaq faydalıdır. Dırnağınızı irəli-geri hərəkətlə hamarlamağı unutmayın. Əks halda dırnaq qırılmalarında artım ola bilər.

Dırnaqlarınızın səthini təmizləyin- Dırnağın səthində müşahidə olunan hər hansı bir toz dənəciyi ya da dırnağı təmizlədikdən sonrakı qalıqlar səliqəli bir şəkildə dırnaq boyası sürməyinizə mane olur. İstifadə olunmayan bir diş fırçasını sabun ilə köpürdün və dırnaqların kənarında qalan bütün qalıqları kökündən silin.

Rəngsız qoruyucu dırnaq boyasından istifadə etməyi unutmayın- Boya sürmədən öncə şəffaf bir qoruyucu dırnaq boyası tətbiq etmək boyanın rənginin diqqətə çarpmasından əlavə, qoruyucu kimi rolu da dırnaqda yarana biləcək saralmağı və boya izlərini aradan qaldırır.

Bütün dırnağınızı 3 fırça qatı ilə boyamağınız yetərlidir- Dırnağın dibindən başlayaraq boya fırçasını öncə sola, sonra sağa, sonra da ortaya sürtün. Beləliklə, boyanı bütün dırnağa eyni şəkildə yaymaq üçün sadəcə 3 asan addım yetərli olacaqdır.

Boyanı incə laylar halında sürtün- Tək bir qalın lay tətbiq etmək əvəzinə 2 ya da 3 incə qat sürərsəniz daha tez quruması ilə birlikdə daha hamar bir görünüş əldə edərsiniz.

Sağ əlinizə düzgün dırnaq boyası sürtmək üçün əlinizi hərəkət etdirin- Sol əlinizə möhtəşəm şəkildə çəkdiyiniz halda bunu sağ ələ tətbiq etməyin nəticəsi yaxşı olmur elədirmi? Fırçanı hərəkət etdirərək dırnaqlarınıza sürtmək əvəzinə əlinizi fırçaya doğru hərəkət etdirərək sürməyi daha rahat edə bilərsiniz. Sol əllə çalışan xanımlar da eyni əməliyyatı sağ əlində tətbiq edə bilərlər.

Manikürünüzü top coat sürmədən bitirməyin- Top coat tətbiq etmək boyanın qalıcı olmasını artırdığı üçün işinizi asanlaşdıracaqdır. Boyanın dırnaq uclarından açılmağa başlamasının qarşısını almaq üçün top coat boyasını sürdükdən sonra dırnaq ucuna üfüqi bir şəkildə tətbiq etməyi sınayın.

Dırnaqlarınıza qayğı göstərin- Boya quruduqdan sonra dırnaq dibləri və manikürlərə baxım yağı sürtmək dırnaqlarınızı vaxtında nəmləndirib daha profesyonal bir görünüş əldə etmənizi təmin edəcək.

İsti sudan uzaq durun- Boya sürtdükdən qısa bir müddət sonra duş qəbul etmək boyanın pozulmasına, dırnaq uclarından açılma yaranmasına səbəb ola bilər. Əgər əllərinizi suya tutmağınız lazımdırsa əlcək geyə bilərsiniz.

Zərərli kimyəvi maddələr olan boyalardan istifadə etməyin- Mütəxəssislər formaldehit, ftalat, toluen kimi zəhərli qatqılar olan boyalara qarçı diqqətli olmağa çağırırlar. Tez quruma xüsusiyyətli boyalardan uzaqlaşın- Tez quruyaraq sizə zaman qazandıran boyalar hər nə qədər cazibədar görünsə də dırnaqlarınızda quruluğa yol açır.Tez quruyan top coat boyalarının isə qoruyuculuğu yetəri qədər güclü olmaya bilir.

Aseton olmayan boya təmizləyiciləri seçin- Aseton dırnaqların qırılması ilə də soyulma ya da incəlmələrə səbəb olduğu üçün nəmləndirici və gücləndirici bir təmizləyici seçməkdə fayda vardır.

Boyalarınızı sərin, quru və qaranlıq bir yerdə saxlayın-
Günəş işığı və istilik boyanın formulunun və rənginin dəyişməsinə səbəb ola biləcəyi üçün soyuducuda tutmaq xeyirli olar.

Boyanızı sallamaq yerinə üfüqi şəkildə tutaraq ovucunuzda yumrulayın- Beləliklə boyanızı sürəndə hava qabarcıqları ilə qarşılaşmayacaqsınız.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri