Dırnaq soyulmasının səbəbləri və qarşısının alınması

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 827
Səs ver:
(səs: 0)
Get-gedə daha sağlıqsız qidalandığımız, daha çox stressə məruz qaldığımız və xəstəliklərin çox yaşandığı bu dövrdə qadınların sıx qarşılaşdığı gözəllik problemlərindən biri də dırnaqların soyulmasıdır. Bu, düzgün qidalanmama, stress, müxtəlif xəstəliklər, sənət seçimi və digər səbəblərdən ola bilər. Bu səbəblərin nələr olduğu və qarşısını almaq üsullarını bizimlə öyrənin.

Dırnaq soyulmasından şikayət edən qadınlar ilk növbədə düzgün qidalanmağa diqqət etməlidirlər. Kalsium və bəzi digər vitaminlərin əksikliyi, kifayət qədər protein qəbul etməmək və həddindən artıq çay və qəhvə istifadə edilməsi dırnaqların zəifləməsi və soyulmasına səbəb olur.

Bununla yanaşı, bir çox xəstəliklərin də dırnaq soyulmasına və qırılmasına səbəb olduğu bildirilir. Bu xəstəliklərin başında tiroid vəzi ilə bağlı problemlər dayanır. Buna görə də hər hansı bir şübhəniz olduğu zaman həkimə müraciət edərək tiroid xəstəlikləri üçün lazım olan analizləri verməyiniz tövsiyə olunur.

Xüsusilə yay aylarında gün ərzində kifayət qədər su içilməməsi də dırnaq soyulmasını yaradan amillərdəndir. Dırnaqların öz nəmlərini qoruyub saxlamaları üçün gündə ən az iki litr su içməlisiniz.

Son illərdə dəbdə olan uzun müddət taxma dırnaqlardan istifadə etmək, lakların tez-tez dəyişdirilməsi, asetondan çox istifadə kimi kosmetik müdaxilələr də dırnaq soyulmasının başlıca səbəblərindəndir.

Stress və ruhi vəziyyətlə bağlı problemlər də dırnaq soyulmasına səbəb olan əsas amillərdəndir. Əgər həll edə bilmədiyiniz problemlər və narahatçılıqlarınız vardırsa, bir psixoloq dəstəyi almağa çalışın. Bu problemləri həll etdiyiniz zaman dırnaq soyulmasının da hiss ediləcək dərəcədə azaldığını görəcəksiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri