Sağlam və baxımlı dırnaqlara sahib olmaq üçün üsullar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 860
Səs ver:
(səs: 1)
Təbii və sağlam uzanması üçün dırnaqların xüsusi qulluğa ehtiyacı var. Kreatin tərkibli olan dırnaqlar dəmir və kalsiumla güclənir. Bu gün bir çox qadın sağlam və güclü dırnaqlara sahib olmaq üçün süni dırnaqlardan və ya bu kimi fərqli metodlardan istifadə edir, kosmetika mağazalarında və ya apteklərdə satılan dırnaq qulluğu üçün olan məhsullardan faydalanır, ancaq, güclü dırnaqları təbii üsullarla da əldə etmək mümkündür. Bu mövzuda Qadinla.com-un sizə 5 tövsiyəsi var.

Sağlam və mütəmadi qulluğa diqqət edin

Dırnaqların güclü olması üçün dəmir və kalsium qəbuluna ehtiyac var. Dəmir və kalsium qidalanma ilə əldə oluna bilər. Sağlam dırnaqlara sahib olmaq üçün sağlam qidalanmaq və yuxu rejiminə diqqət etmək lazımdır. Dəmirin azlığı dırnaqların qırılmasına səbəb ola bilər. Tərkibində kalsium və dəmir olan süd və ət məhsullarını qəbul etməyiniz həm saçlarınızın, həm də dırnaqlarınızın sağlamlığına müsbət təsir edəcək.

Dırnaqların hava almasını təmin edin

Qadınlar əksəriyyəti dırnaq boyasız gəzmir. Amma, dırnaqları tez-tez boyamaq onların hava almasına mane olur, həmçinin, saraldır. Hava almayan dırnaqlar gücsüzləşir, qırılır. Həftədə ən az 3 gün dırnaqları boyasız saxlmaq lazımdır. Və bu müddət ərzində onlara qulluq olunmalıdır.

Meyvə qabıqlarından faydalanın

Xüsusilə də limon qabığının dırnaqları gücləndirmə təsiri çoxumuza məlumdur. Baxım zamanı limon, portağal, göyərti kimi həm antioksidant, həm də C vitamini tərkibli bitkilərin qabıqlarından faydalana bilərsiniz. Əllərinizə və dırnaqlarınıza meyvə qabığı ilə edəcəyiniz masaj sizə parlaq dəri və sağlam dırnaqlar bəxş edəcək.

Dırnaq siləni (asetonu) özünüz hazırlayın

Tərkibində çox sayda kimyəvi maddələr olan asetonlar dəriniz üçün zərərlidir. Onların içərisində olan maddələr dırnaq quruluşuna da təsir edir. Aseton almaq əvəzinə evdə təbii məhsullarla öz asetonunuzu hazırlayın. Limon və sirkə istifadə etməklə bu qarışığı dırnaq silən yerinə istifadə edə bilərsiniz. Onların tərkibində turşu olduğu üçün istifadə zamanı miqdarına diqqət etməyiniz lazımdır.

Dırnaqlarınızı uzadacaq təbii maskalardan istifadə edin

Dırnaqları uzatmaq üçün bir çox təbii maskalar mövcuddur. Zeytun yağı, limon, zəncəfil kimi vəsaitlərdən hazırlaya biləcəyiniz qulluq maskası dırnaqlarınızı gücləndirir və tez uzanmasına kömək edir. Bununla yanaşı, lavanda, küncüt, badam, avokado və E vitamini yağlarından da istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri