Avon Voyage dırnaq boyası kolleksiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 12 635
Səs ver:
(səs: 1)
Yayla birlikdə markaların ürək açan kolleksiyaları da rəflərdə hətta makiyaj çantalarımızda yerini alır. Avon' un Voyage kolleksiyası baharı, yayı ən yaxşı əks etdirən rənglərdən ibarət olan dırnaq boyası və dodaq boyalarını ehtiva edir.
 
 
Voyage kolleksiyasında yayı əks etdirən amma payızı da unutdurmayan 4 gözəl rəng iştirak edir. Bənövşəyi, lila, mint yaşılı yayı xatırladarkən, tüstü boz yağışlı günlərə istifadə edilə biləcək kimi kolleksiyada diqqət çəkən rənglər arasındadır.
 
Voyage Kolleksiyası dırnaq boyaları hamar görünüşə sahibdir. İki mərtəbədə şüşədə gördüyünüz rəngi əldə edirsiniz. Opak strukturları var, 3 günə qədər qalıcılığını test edilib
 
 
Impulsive Sky, haqqını tam mənasıyla verən mint yaşılı. Çox canlı dayanır, pigmentasiyası müvəffəqiyyətlidir. Dırnaqlarda iki qat tətbiq olunmuş halını görürsünüz.
 

Wandering Rose, romantik bənövşəyi. Azca mərcana benzəyir? Yayın ruhunu əks etdirir. İki qat tətbiq edilib.

 
Scenic Grey, payızdan vərdiş etdiyim mavi alt tonlu bir tüstü rəngidir. Hisə verilmiş kimi görünür! Yenə incə iki qat tətbiq edilib. Dırnaq boyaları ümumiyyətlə sürətli quruyur.

 
Cultured Purple, bəlkə də kolleksiyada ən diqqət çəkən rənglərdən biridir. Soyuq tonlu bir lila ya da mavi alt tonlu yasəmən rəngi. Tam mənasıyla yay kolleksiyalarının  rəngidir.

 
Avonun Voyage kolleksiyasına aid dırnaq boyalrı kataloqda da iştirak edir.

Favorit rənginiz hansıdır?
Voyage kolleksiyasında yalnız dırnaq boyaları deyil bahar rənglərindən ibarət olan 4 gözəl dodaq boyasıda da iştirak edir.
 
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 12 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri