Marağınıza səbəb olacaq manikür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 7 228
Səs ver:
(səs: 3)
Qeyd etdiyim kimi, bu manikür marağınıza səbəb olacaq, çünki həm etmək asandır, həm də görünüşü yaxşıdır. Belə ki, bu manikür ilə dırnaqlarınızda su damlası görünüşü yaradacaqsınız.

Manikürü etmək üçün sizə lazımdr:
Rəngsiz dırnaq boyası
Ağ rəng dırnaq boyası
Narıncı, çəhrayı, mavi, yaşıl rəng dırnaq boyası.

Manikürü necə etməlisiniz?

Dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin. Bir az quruduqdan sonra ağ rəng dırnaq boyasını vurun.
Su damlası görüntüsünü yaratmaq istəsəniz, hər dırnağınızda fərqli rənglərdən , ya da bir rəng dırnaq boyasından istifadə edin.
İstədiyiniz rəng dırnaq boyasını, məsələn, narıncı rəngi götürün, dırnağınızın bir küncünə bir damcı boya qoyun. Sonra diş çöpünün ucu ilə boyanı 3-4 istiqamətdə yayın. Bu su damlasının kənarına dırnaq boyasından bir-iki yumru qoyun, sanki su kənara sıçrayıb.

Bir dırnağınızda bir su damlası çəkə bilərsiniz, dırnağınız uzundursa, istəsəniz birini dırnağınızın yuxarısından, birini isə aşağısından çəkin.

Boyanın qurumasını gözləyin. Daha sonra üzərinə rəngsiz dırnaq boyası çəkin, qurusun.

(səs: 3)
Şərhlər: 10
Baxılıb: 7 228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri