Animasiyalı dırnaqlar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 196
Səs ver:
(səs: 6)
Bir çoxlarınız yəqin razılaşar ki, xanımların əksəriyyəti demək olar ki, dırnaqlarını boyamamış evdən çıxmır. Ən gündəmdə olan yaz və payız mövsümünə uyğun dırnaq "incəsənətindən” istifadə problemin mükəmməl həllidir. Animasiya əks olunmuş dırnaqlar istər gündüz, istərsə də axşam vaxtı xarici görünüşünüzə əyləncə, yeni və xarizmatik görünüş qatır. Dırnaqlarınızda qarışıq rənglər və dizayn istifadə etməklə geyiminizə, makiyajınıza, hətta aksesuarlarınıza uyğunlaşdıra bilərsiniz. Bununla yanaşı bu cür dizaynda dırnaqlar özünüzü gənc hiss etdirir və daxili gözəlliyinizin hər zaman parlaq olmasına təsir göstərir.

Dırnaqları özünüz ev şəraitində də bəzəyə bilərsiniz. 3D görünüşü almaq üçün sadəcə iki və ya üç rəngdə boyanı seçin və ilk olaraq özülü (şəffaf boyanı), sonra isə üzdə olmağını arzuladığınız əsas rəngi üstündən çəkin. Daha sonra isə ikinci rəngi dırnaqların kənarlarına çəkin (bu zaman nazik ucluqlu firçadan istifadə etmək daha səliqəli görünüş yaradır). Sonda, əgər üçüncü rəngdən istifadə etməyə qərar vermisinizsə, o zaman əlavə görünüş vermək üçün dırnaq üzərində təbəssüm edən üz, şarlar, yaxud dırnağın ucunda ürək şəkli çəkə bilərsiniz. Sonda isə şəffaf boya ilə üzərindən bir daha çəkməklə prosesi tamamlayın.

Gördüyünüz kimi çox asan prosesdir. Həm əylənirsiniz, həm də parlaq və gözəçarpan dırnaqlara sahib olursunuz. Elə isə növbəti dəfə siz də sınaqdan keçirin!

Həmişə baxımlı və yaraşıqlı qalın!
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 4 196
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri