Səliqəli manikür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 374
Səs ver:
(səs: 1)

Dırnaqlarınızda unudulmaz şəkillər yaratmaq istəyib amma nədən başlamağı bilmirsiniz? Bu halda sizə bəzi məsləhətlər təqdim edirik.

Dırnaqların gözəl bəzədilməsi hər hansı tədbirdə istənilən obrazı çox gözəl vurğulaya və adi gündəlik həyatı bir az daha parlaq edə bilər. Ev şəraitində dırnaqlarınızın gözəl bəzədilməsi üçün bir az təcrübə və səbr yetər ki, hər kəs öz dırnaqlarını gözəl, təkraredilməz və parlaq şəkillərlə bəzəyə bilsin.

İncə işin əsası

Başlanğıc üçün dırnaqlara düzgün forma vermək lazımdır. Öz dırnağınızın sağlamlığına və gözəlliyinə hər zaman diqqət edin. Dırnaqlara naxış vurarkən manikür etmək vacib deyil, sadəcə çalışın ki, onlar hamar və təmiz olsun.
Yalnız keyfiyyətli məhsullara üstünlük verin. Dırnaqlarda cürbəcür naxışlar yaratmaq üçün müxtəlif dırnaq boyaları mövcuddur. Peşəkar manikür dəsti də əldə edə bilərsiniz ki, onların içində zolaq, dairə və digər naxışlar yaratmaq üçün müxtəlif lazımlı fırçalar olur.

Bütün lazımlı əşyaları hazırlayın. Dırnaqlarda naxışlar yaratmaq səbr tələb edir. Unutmayın ki, dırnaq boyası tez quruduğu üçün manikür proseduruna başlamazdan əvvəl əmin olun ki, bütün lazımlı əşyalar əlinizin altındadır.

İlk olaraq dırnaqlarınıza manikür üçün əsas çəkin. Dırnaqlara naxış vurmazdan əvvəl bir rəngli dırnaq boyası çəkin. Sizin hansı stildə naxış salmanızdan asılı olaraq dırnaqlarınıza lazımlı ton verin: neytral, şəffaf və ya ağ, solğun-bej, açıq-çəhrayı və sair. Vizual olaraq dırnağın səthini bir neçə yerə bölüb iki-üç müxtəlif çalardan da istifadə edə bilərsiniz. Çalışın dırnaq boyasını həmişə iki qat çəkəsiniz ki, dırnağınız bərkisin və manikür üçün yaxşı əsas yaransın. Manikürə başlamazdan əvvəl dırnaq boyasının tam qurumasını gözləyin.

Əsas quruduqdan sonra onun üzərində istədiyiniz naxışı çəkə bilərsiniz. Rəsm və ya naxışlar üçün nəzərdə tutulmuş fırçanı tam olaraq dırnaq boyasına batırın ki, naxışlar daha gözəl alınsın.

Son olaraq bərkidici vasitə çəkin ki, manikürünüz tamamlansın. Dırnaqlarınızın üzərindəki şəkil və ya naxışlar quruduqdan sonra, üzərindən qoruyucu akril qat çəkin ki, manikürünüz daha uzun müddətə qalsın.

Manikürə qulluq. Dırnaqlarıza hər iki gündən bir qoruyucu qat çəkin ki, dırnaqlarınız daha parlaq qalsın. Hər gün kutikul üçün xüsusi yağlardan istifadə edin. Öz əllərinizlə ehtiyatla davranın: hər hansı bir iş gördükdə əlcəklərdən istifadə edin, nəyisə açmaq üçün dırnaqlarınızdan istifadə etməyin.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 374
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri