Fransız manikürü formaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 099
Səs ver:
(səs: 5)
Öz gözəlliyinin qeydinə qalan xanımlar hər zaman əllərini diqqətdə saxlayırlar. Əllər dedikdə ilk ağla gələn dırnaqların gözəl görünüşünün olmasıdır. Dırnaqlara xüsusi qulluq etmək vacib şərtlərdən biridir. Çox zaman vitamin çatışmazlıqları və yaxud da daxildə baş verən hansısa problemlər özünü dırnaqlarınızda göstərir. Odur ki gözəl əllərə və dırnaqlara sahib olmaq istəyirsinizsə mütləq sağlamlığınıza fikir verin. Odur ki, gözəl əllərə və dırnaqlara manikürlə və yaxud da kremlərlə nail olmazdan əvvəl sağlam olmağa çalışmaq lazımdır. Sağlamsınızsa əlləriniz də gözəl görünəcəkdir. Bu gözəlliyə daha da gözəllik qatmaq üçün manikür qaydalarından istifadə edə bilərsiniz.

Belə manikür formalarından biri də fransız manikürü adlanır. Bu manikür forması fransızlar tərəfindən dırnaqları təmiz göstərmək məqsədilə düşünülüb.Daha sonralar dəb aləmində öz yerini tutan bu trend bu günə qədər xanımların diqqətindədir. Xanımlar bu manikür formasından ilk öncə sadəcə ağ rəngdən istifadə etməklə kifayətlənirdilərsə, zaman keçdikcə müxtəlif rənglərin sintezindən istifadə etməyə başladılar.

Qadınlar.biz sizə fransız makiyajının evdə edə biləcəyiniz müxtəlif formalarını təqdim edir.

Dırnağın uc hissəsinə hər hansı bir boya çəkərək qurumasını gözləyin. Quruduqdan sonra yenidən təkrar edin. Pambıq çöpü təmizləyiciyə batıraraq, boyanı "aypara" şəkilinə salaraq, silin.

Boş qalan hissəyə istədiyiniz digər bir rəngli boya çəkin. Bunu ehtiyatla etmək lazımdır ki, ağ boyanın üzəri bulaşmasın. Və ən sonda, manikürə quruducu vuraraq tamamlayın. Budur ev şəraitində qeyri adi fransız manikürü etdiniz.

 

 

 

 

 

 

 

 

 

(səs: 5)
Şərhlər: 10
Baxılıb: 5 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri