Dırnaqlara qulluq və dırnaq baxımı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 150
Səs ver:
(səs: 2)
Dırnaqlara Qulluq
Dırnaqlara qulluq önəmsiz kimi görünsə də əslində bir çox insanın ilk qiymət verdiyi əl baxımında olduqca vacibdir. Bu səbəblə gözəlliyinə düşkün qadınların əsla boş buraxmadığı işlərdən biridir dırnaq baxımı. Dırnaqları qidalandırmaq olduqca əhəmiyyətlidir. Qidalanmaya diqqət etmək, bol maye qəbul etmək kimi sağlamlıq trikləri  dırnaqlarda da müsbət təsir yaradır. Ancaq bir az daha qulluq təklifinə ehtiyacınız varsa bu yazı sizlər üçündür.

Hamar dırnaqlar
Dırnaqlarınızın hamar olmamasından şikayətlənirsinizsə arada bir dırnaqlarınızı üstdən pilkalaya bilərsiniz. Bunun üçün xüsusi dördlü pilkalar var və bu dördlü pilka dırnaq səthini hamarlaşdırır. Ancaq dırnaq səthini incəltdiyi üçün 3-4 həftə aralıqlarla etmənizdə fayda var.

Dırnaqların lay lay ayrılması
Əgər dırnaqlarınız lay lay ayrılırsa bu layları qoparmayın və ya kəsməyin. Bu dırnaqlarınıza tamamilə zərər verir. Bunun yerinə yuxarıda yazdığımız üsulla dırnaqlarınızı pilkalayın və nəmləndirici tətbiq edin.

Dırnaq lakları
Keyfiyyətsiz laklar istifadə etməkdən əl çəkin. Keyfiyyətsiz lakların içərisindəki kimyəvi maddələr dırnaq quruluşunu pozur. Dırnaq sağlamlığınız sizə çox yaxşı gəlmirsə dırnaq bəsləyici lakları istifadə edə bilərsiniz.

Əgər dırnaqlarınızın çox yumşaq olmasından şikayətlənirsinizsə dırnaq sərtləşdirici dırnaq qulluğu məhsullarından istifadə edə bilərsiniz. Bu tip məhsulları həftədə 3 gün, dırnaq ətlərinizə dəydirmədən tətbiq edin.

Əllərinizi bol bol nəmləndirin və bu nəmləndirmə seansları zamanı dırnaqlarınızı qətiyyən ötürməyin. Əllərinizə tətbiq etdiyiniz nəmləndiricini dırnaqlarınıza da masaj edərək yedirin.

Əgər tez-tez lak istifadə edirsinizsə arada bir dırnaqlarınızı havalandırmağı unutmayın. Dırnaqlarınızın əskiyi günəş işığı ola bilər, arada dırnaqlarınıza bu fürsəti verməyi unutmayın. Dırnaqlara qulluq zamanı ən önəmli şeylərdən birinin də gün işığı olduğunu unutmayın!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 7 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri