Ayaq tərləməsinə qarşı təbiii üsul

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 5 145
Səs ver:
(səs: 0)
Qabartma tozu
1 litr suyun içərisinə 1 yemək qaşığı qabartma tozu əlavə edin. Daha yatmadan əvvəl bu qarışığın içində ayaqlarınızı 20 dəq. gözlədin. Nizamlı olaraq etdikdə ayaq qoxunuzun tamamilə itdiyini görəcəksiniz.

Qara çay
2 stəkan çayı yarım vedrə suya əlavə edin. Ayaqlarınızı hər gün suyun içində 10-15 dəq. gözlədin. 10 gün boyunca eyni əməliyyatı təkrarlayın. Qara çay, ayaq qoxusuna səbəb olan bakteriyaları öldürmədə ən təsirli üsullardan biridir.

Sirkəli su
8 stəkan suyu bir vedrəyə boşaldın. İçərisinə iki şorba qaşığı sirkə əlavə edin. Ayaqlarınızı bu qarışıqda hər gün 20 dəq. gözlədin. Sirkə ayaq qoxusunu aradan qaldırmağın yanında ayaqlarınızdakı tərləməyə də bir müddət sonra maneə törədəcək.

Lavanta yağı
1 litr suyun içərisinə bir çay qaşığı lavanta əlavə edin. 2 gün boyunca ayaqlarınızı bu qarışıqla yuyun. Lavanta yağı eyni zamanda ayaqlarınızda yaranan göbələkləri də müalicə etmədə olduqca təsirli bir üsuldur.

Adaçayı

Təbii antibiotik olaraq xarakterizə etdiyimiz bu bitki ayaq baxımında da fayda verir. Ayaqlarınızı qoyacağınız suyun içərisinə bir neçə yarpaq adaçayı əlavə edin. Daha sonra ayaqlarınızı içərisində istirahət etdirin.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri