Günəşin qızı Mimoza ətriyyatda

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 265
Səs ver:
(səs: 0)
Ta qədimdən parlaq, tüklü çiçəkləri olan mimozanın çiçəkləri baharın xəbərçisi hesab olunur. Bir baxış bu çiçəyin cazibəsini bütün qəlbimizlə hiss etməyə yetərlidir. Mimoza öz parlaqlığı ilə əhval-ruhiyyəni qaldırmağa kömək edir.

Vətəni Avstraliya olan bu tüklü çiçək, Aralıq dənizi sahilləri, Fransa daxil olmaqla bütün Avropada sevilir. Kannda mimoza 100 ildən çoxdur floristlər tərəfindən yetişdirilir. Hətta bu çiçək Şimali Qafqazı da özünə vətən seçib.

Təbii ki, sarı çiçək ətriyyatçıların diqqətindən kənarda qala bilməzdi. Ətriyyatda onun çiçəklərindən yağ alınır. Aromaterapiyada istifadə olunan mimoza, əsəbləri sakitləşdirir, stressi atmağa kömək edir, rahatlıq hissi bəxş edir. Mimoza tez-tez sitrus və ya çiçək notları ilə birləşərək ətirlərin kompozisiyasını, xarakterini vurğulayır və ətirlərin qoxularını daha da gözəlləşdirir.

Mimozanın qoxusuna gözəllik, yaz əhvalı qatdığı ətirlər:

Coco Mademoiselle, Chanel

DKNY Be Delicous Art, Donna Karan

Poeme, Lancôme

Velvet Mimosa Bloom, Dolce & Gabbana

Summer by Kenzo, Kenzo
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri