Ətri tətbiq etmək üçün bədəninizdəki 6 uğurlu yer

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 107
Səs ver:
(səs: 0)
Bəzən ətri vurub çıxırıq, heç 1 saat keçməmiş qoxu itir. Sonra da düşürük ətrin üstünə ki, qalıcı deyil, bir də bu ətirdən almayacaq və daha nələr, nələr. Əvvəllər mən də olurdu, ətri vurub çıxırdım, qoxusu itirdi. Ta ki, ətri düzgün şəkildə hansı hissələrə vurmaq lazımdır, bildikdən sonra, ətrim üzərimdə gün ərzində bir neçə saat qala bilir. İndi həmin yerlərlə sizi də tanış edəcəm ki, ətir vuranda onun təsiri uzun müddət üzərinizdə qalsın.

Saçlar – Bilmirəm nə dərəcədə inanırsınız ya yox, amma ətriyyatçılar sübüt ediblər ki, saçlar ətrin təsirini özündə dəridən daha yaxşı saxlayır. Yəqin, fikirləşəcəksiniz ki, axı ətrin tərkibində spirt var, saça ziyandır?! Amma ehtiyatlı olsanız hər şey qaydasındadır. Bunun üçün ya sadəcə saçlar üçün olan ətirdən istifadə edə bilərsiniz, ya da ətrinizi bir az havaya vurub, sonra onun sanki yağışına düşmüsünüz kimi altında dayanırsınız. Havaya vurduğunuz ətir saçlarınıza hopur. Bu da ətrin qalıcılığını artırır.

Qulaqların arxası – Biləklər kimi, bu hissədə özünüzn qeyri-adi bacarığı ilə məşhurdur. Buradakı damarlar dəriyə yaxın təmasda yerləşir və ətrin buxarlaşması, istiləşməsi üçün mükəmməl şərait yaradır.

Boyun arxası – Bu sizə bir az qəribə gələ bilər. Amma siz bu hissəyə ətir sıxsanız, o dərinizdə uzun müddət qalacaq, digər tərəfdən də ətrafınızdakı insanları da narahat etməyəcək, saçla təmasa girib daha çox şleyf buraxacaq.

Dirsəyin daxili səthi – Ətriyyatçılara görə, bu hissə biləklərdən daha cəlbedici təsirə malikdir. Əgər siz duşdan sonra və ya bu hissəni yuduqdan sonra bura ətir sıxsanız inanılmaz nəticə əldə edərsiniz.

Dizlərin arxa hissəsi – Yuxarıda qeyd etdiyim hissələrdən ən çox işə yarayanı məhz diz hissədir. Əsasən də, kişilərin işinə yarayacaq ipucudur. Çünki bu hissə daha çox hərəkətdə olur. Qan yaxşı dövr etdiyi və dəri isindiyi üçün ətir burada daha çox buxarlana bilir.

Göbək – Bu hissə həmişə isti olur və ətir notlarının göbək hissə daha çox “xoşuna” gəlir. Sadəcə ətri bu hissədə istifadə etməzdən əvvəl test edin, baxın görün bu ətrə qarşı allergiyanız yoxdursa, istifadə edin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri